Korporativ idarəetmə
Rəhbərlik
Müşahidə şurası
-
Müşahidə Şurasının sədri
Vüsal Şahverdiyev
Şahverdiyev Vüsal İlqar oğlu 11 oktyabr 1986-cı ildə anadan olub.
2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə təhsilini başa vurmuşdur.
2021-ci ildə Columbia Business School-un “Driving Strategic Impact” proqramını, 2022-ci ildə isə Duke University Fuqua School of Business-in “Adaptive Strategic Execution” proqramını uğurla bitirmişdir.
Şahverdiyev Vüsal İlqar oğlu əmək fəaliyyətinə 2007-ci ildə başlamışdır və son təyinatından əvvəl “Azərikard” MMC-də Müşahidə Şurasının üzvü, Azərbaycan Beynəlxalq Bankında Transformasiya Ofisinin direktoru və Strategiya Ofisinin direktoru vəzifələrində çalışmışdır.
Azərbaycan Dövlət Neft AkademiyasıBeynəlxalq İqtisadi Münasibətlər(+994 12) 565 65 56info@afb.az -
Müşahidə Şurasının üzvü
Elnur Qurbanov (Müstəqil üzv)
Qurbanov Elnur Məmməd oğlu 1976-cı ildə Ağdam şəhərində anadan olub.
1994 –1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” ixtisası üzrə bakalavr pilləsini, 1998-2000–ci illərdə isə həmin universitetin magistr pilləsini bitirmişdir.
O, Vaşinqtonda Jack Welch İdarəetmə İnstitutunda MBA təhsili almışdır. 2003-cü ildən Birləşmiş Krallıqda yerləşən Beynəlxalq Mühasiblər Assosiyasının (“FCCA”) fəxri üzvüdür.
Elnur Qurbanov əmək fəaliyyətinə 1999–cu ildə “KPMG Azerbaijan”-da başlamış, 2002–2017-ci illərdə Deloitte şirkətinin Bakı, Moskva və Minsk ofislərində müxtəlif vəzifələrdə çalışmışdır. 2008-2017-ci illərdə Deloitte şirkətinin MDB üzrə partnyoru olmuşdur.
2017-ci ildən AFB Bankda Müşahidə Şurasının üzvü daha sonra isə Sədri təyin olunmuşdur .
Azərbaycan Dövlət İqtisad UniversitetiMaliyyə - kreditAzərbaycan Dövlət İqtisad UniversitetiMaliyyə - kreditJack Welch İdarəetmə İnstitutuMBA+994 12 565 65 56info@afb.az -
Müşahidə Şurasının üzvü
Şadiyyə Amanova, Ph.D
Şadiyyə Mail qızı Amanova 1997 – 2001 -ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “ Mühəndis İqtisadiyyatı və İdarəetmə ” ixtisası üzrə bakalavr, 2001 -2003 –cü illərdə isə həmin universitetin “Maliyyə və Kredit ” üzrə magistr dərəcəsinə yiyələnmişdir. 2019-2022-ci illərdə ATMU-də İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi üçün təhsil almış, 12 sayda elmi əsərləri müxtəlif beynəlxalq və yerli jurnallarda dərc edilmiş və 2024-cü ildə Ali Attestasiya Komissiyası tərəfindən Fəlsəfə Doktoru elmi dərəcəsi verilmişdir.
Şadiyyə xanım ixtisası üzrə bir çox yerli və beynəlxalq seminar, treyninq-kurslarda, simpoziumlarda iştirak etmiş, 2019-cu ildə Harvard Vpal –Fintech online kursunu müvəffəqiyyətlə bitirmişdir.
O, maliyyə sektorunda 19 illik fəaliyyəti ilə ilk olaraq 2005 -ci ildə Zaminbank ASC-də başlamış, 2009-cu ildən bu günə kimi AFB Bank ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışır. Hal-hazırda bankda Audit komitəsinin sədri olaraq əmək fəaliyyətini davam etdirir.
Azərbaycan Dövlət İqtisad UniversitetiMühəndis iqtisadiyyatı və idarəetməAzərbaycan Dövlət İqtisad UniversitetiMaliyyə və kredit(+994 12) 565 65 56info@afb.az
İdarə Heyəti
-
İdarə Heyətinin sədri
Amid Qənbərov

Amid Qənbərov Mirzəyar oğlu 1982-ci il iyulun 3-ü Bakı şəhərində anadan olub.
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyatın tənzimlənməsi" ixtisası üzrə bakalavr pilləsini, 2004-2006–cı illərdə isə həmin universitetin magistr pilləsini bitirmişdir.
A.Qənbərov karyerasının son 19 ildən çoxunu “Bank of Baku” ASC-də çalışıb.
Bu müddət ərzində filial müdiri və 2018-ci ilin oktyabrından isə Partnyorlarla iş və alternativ satış departamentinin direktoru vəzifəsində işləyib.
Azərbaycan Dövlət İqtisad Universitetiİqtisadiyyatın tənzimlənməsiAzərbaycan Dövlət İqtisad Universitetiİqtisadiyyatın tənzimlənməsi(+994 12) 565 65 56info@afb.az -
İdarə Heyətinin sədrinin müavini
Rüfət Manafov
Rüfət Manafov İntiqam oğlu 30 iyun 1987-ci ildə Sumqayıt şəhərində anadan olub.
O, 2009-cu ildə Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr, 2013-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsini bitirmişdir. Bank sahəsində karyerasına 2010-cu ildə AccessBank QSC-də başlamış, daha sonra Bank Respublika ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.
2022-ci ildən etibarən PMD Group MMC-də risklərin idarə edilməsi üzrə rəhbər kimi fəaliyyət göstərmişdir.
Bakı Dövlət Universitetiİqtisadi kibernetikaAzərbaycan Dövlət İqtisad UniversitetiBiznesin idarə edilməsi (MBA)(+994 12) 565 65 56info@afb.az
- Əvvəlki başlıq arrow_back Risklərin idarə edilməsi
- Növbəti başlıq Təşkilatı struktur arrow_forward