-
"MİDA" xətti ilə ipoteka
- Kreditin məbləği
100 000 AZN - dək
- İllik faiz dərəcəsi
4%
- Minimal ilkin ödəniş
10%
- Kreditin məbləği
Kimlər əldə edə bilər?
-
Yaşı 35-dən çox olmayan gənc ailə üzvləri
- şəhidin övladları
- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları
- Azərbaycanın Milli Qəhrəmanının övladları
- məcburi köçkün və ya ona bərabər tutulan şəxs
- ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
- ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs
- fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs
- idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer)
-
Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər
- şəhid ailəsinin üzvü (əri/arvadı)
- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı)
- Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı)
- elmlər doktoru elmi dərəcəsi olan şəxs
- ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
- ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla)
- ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs
- ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər
- ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs
Əlavə qeydlər
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondunun (ARİKZF) vəsaiti hesabına MİDA tərəfindən inşa edilən mənzillərin alınması üçün verilən güzəştli ipoteka krediti təklifi.