Please ensure Javascript is enabled for purposes of website accessibility Mobil Bankçılıq

Mobil Bankçılıq

Mobil Bankçılıq

Mobil tətbiqimiz yenilədi: daha sürətli, rahat və təhlükəsiz mobil bankçılıq təcrübəsi

AFB Bank müştərilərinə daha rahat və sürətli xidmət təqdim etmək məqsədilə mobil tətbiqini yeniləyib. Yenilənmiş AFB Mobil tətbiqi istifadəçilərə gündəlik bank əməliyyatlarını daha rahat idarə etmək, ödəniş və köçürmələri sürətlə həyata keçirmək, həmçinin müxtəlif bank xidmətlərindən filiala getmədən yararlanmaq imkanı yaradır.

 

Yenilənmiş AFB Mobil tətbiqində nələr var?

Yeni dizayn və təkmilləşdirilmiş istifadəçi təcrübəsi sayəsində istifadəçilər əsas məlumatları bir baxışda görə bilirlər. Hesablar, kartlar, bildirişlər və ən çox istifadə olunan xidmətlər əsas səhifədə yerləşdirilib. Bu isə istifadəçilərə vaxt itirmədən lazım olan əməliyyatlara keçməyə imkan verir.

 

Çat əsaslı idarəetmə ilə daha sürətli bank əməliyyatları

AFB Mobil tətbiqinin əsas yeniliklərindən biri çat əsaslı idarəetmə sistemidir. İstifadəçilər artıq bir çox əməliyyatları çat üzərindən həyata keçirə bilirlər – yazır, təsdiqləyir və əməliyyatı qısa müddətdə tamamlayırlar.

Bu yanaşma mobil bankçılığı daha interaktiv, daha rahat və daha sürətli edir.

 

Ödəniş və pul köçürmələri daha sadə oldu

AFB Mobil tətbiqində ən çox istifadə olunan xidmətlərdən olan ödəniş və pul köçürmə əməliyyatları da yenilənib.

Proses daha aydın şəkildə qurulub:

  • Hesab seçimi
  • Məbləğin daxil edilməsi
  • Məlumatların yoxlanılması
  • Əməliyyatın tamamlanması

Məlumatların hər mərhələdə görünməsi istifadəçi rahatlığını artırır və mümkün səhvlərin qarşısını almağa kömək edir.

 

Qəbz paylaşımı və təkrar ödəniş imkanı

Əməliyyat başa çatdıqdan sonra istifadəçilər qəbzə baxa, onu paylaşa və eyni ödənişi yenidən təkrarlaya bilirlər.

Bu xüsusiyyət xüsusilə müntəzəm ödəniş edən müştərilər üçün əlavə rahatlıq yaradır və vaxta qənaət etməyə imkan verir.

 

Filiala gəlmədən kredit sifarişi və digər bank xidmətləri

AFB Mobil tətbiqi vasitəsilə istifadəçilər:

  • Onlayn kredit sifarişi verə bilər
  • Əmanət aça bilər
  • Hesablarını idarə edə bilər
  • Müxtəlif bank xidmətlərindən yararlana bilər

Bu imkanlar bank xidmətlərini daha əlçatan və çevik edir.

 

Təhlükəsizlik və biometrik giriş

AFB Bank yenilənmiş mobil tətbiqdə təhlükəsizliyə xüsusi diqqət ayırıb. Tətbiq biometrik giriş və yüksək təhlükəsizlik standartları ilə təchiz olunub.

Bu da istifadəçilərin məlumatlarının və bank əməliyyatlarının maksimum səviyyədə qorunmasını təmin edir.

 

Yenilənmiş mobil tətbiqi yükləmək üçün:

AFB Mobil tətbiqini yükləyin