Please ensure Javascript is enabled for purposes of website accessibility Həyat yığım hesabı

Həyat yığım hesabı

Həyat yığım hesabı

“Həyat yığım hesabı” ilə siz 100 AZN-dən başlayaraq, AZN valyutasında36 ay müddətinə planlı şəkildə yığım edə bilərsiniz. Bu müddət ərzində etdiyiniz yığımlar 18% gəlirlə dəyərləndirilir və maliyyə hədəflərinizə daha rahat çatmağınıza kömək edir.

36 aylıq bu yolda hər ay etdiyiniz mədaxilin üzərinə AFB Bank tərəfindən birdəfəlik olaraq 18% həcmində gəlir hesablanır.

 

Aylıq mədaxilin həyata keçirildiyi tarix intervalı

Müştəri aylıq mədaxilin həyata keçiriləcəyi tarix intervalını aşağıda göstərilən variantlardan yalnız birini seçir. Seçilmiş tarix intervalı müqavilə müddəti ərzində tətbiq edilir.

  • Hər ayın 1–10 (ayın 10-u daxil)
  • Hər ayın 11–20 (ayın 20-si daxil)
  • Hər ayın 21–ayın sonunadək

 

Üstünlük:

Faiz ödənişləri üçün hədiyyə Platinum kart!
Müddət sonunda faiz məbləğinizin köçürülməsi üçün sizə 48 aylıq Mono Platinum (Mastercard və ya visa) ödəniş kartı hədiyyə edilir.

 

Limitsiz artırma imkanı!

Hesab məbləğinizi hər ay limit olmadan artıra bilərsiniz

 

Qeyd:

*İlk 18 ay müddətində hesab üzrə mədaxil edilən vəsaitin məbləğinə dair maksimum limit tətbiq edilmir və faktiki mədaxil olunmuş bütün məbləğlər üzrə gəlir hesablanır. Müddətin 19–36-cı ayları ərzində isə gəlir hesablanması yalnız 1-ci ayın mədaxil məbləği həcmində həyata keçirilir. Bu müddət ərzində hesab üzrə ilkin məbləğdən artıq mədaxil edilən vəsaitlərə gəlir hesablanmır.

*Yığım vəsaitinin ilk 18 ayı ərzində müştəriyə minimal 1-ci ayın mədaxil məbləği (tam və ya hissəli olmaqla) mədaxil etmək öhdəliyi, maksimal məbləğ üzrə isə limitsiz mədaxil etmək hüququ verilir (seçilmiş interval aralığında).

* Yığım hesabına vaxtından əvvəl xitam verildiyi halda hesablanmış faiz məbləği ödənilmir.

* Yığım hesabı müştəri istəyinə əsasən dondurulduqda, hesablanmış gəlir məbləği və müştəri tərəfindən mədaxil edilmiş vəsait məbləği yalnız müqavilə müddətinin sonunda ödənilir.

* Müştəri vəsaiti vaxtından əvvəl azaldarsa bu zaman proqram üzrə hesablanmış gəlir ödənilmir.

 

Əlavə şərtlər:

Hesablanmış faizlərin ödənilməsi 36 aylıq mədaxil müddəti başa çatdıqdan 30 (otuz) gün sonra həyata keçirilir.

Müştəri təyin edilmiş intervaldan sonra mədaxil etdikdə həmin vəsait növbəti ayın intervalında mədaxil edilmiş sayılacaq.

Gəlirini hesabla

  • Nə qədər məbləğ qoymusunuz? 500
    500 AZN 1 000 000 AZN
  • Əldə olunan gəlir

    AZN

  • Yekun məbləğ

    AZN

Sorğu göndər

  • 1

    Sifariş üçün saytda lazım olan forumları doldurun

  • 2

    rahat əldə edin!