Google Pay
“Google Pay™” hazırda AFB Bank kartları üçün aktivdir!
Təmassız ödəniş dünyasına daha yaxın olmağa hazırsınız? Belə ki, AFB Bankda üstünüzdə pulqabı gəzdirməyə ehtiyac qalmadı, çünki artıq “Google Pay™” xidmətinizdədir.
Qoşulmaq isə olduqca sadədir:
- İlk olaraq “AFB Bank” tətbiqinə giriş edirsiniz;
- Kartınızı seçin;
- Daha sonra isə “Google Pay™”ə əlavə et” düyməsini sıxırsınız;
- Son olaraq açılan pəncərədə şərtləri qəbul edərək prosesi tamamlaya bilərsiniz.
Yaxud, “Google Wallet™” tətbiqi vasitəsilə də bu prosesi icra edə bilərsiniz:
Tətbiqi yüklədikdən sonra “AFB Bank” kartlarınızı “Google Wallet™”a əlavə edirsiniz. Daha sonra kart məlumatlarınızı daxil edirsiniz və növbəti addımları mərhələli şəkildə həyata keçirərək “Google Pay™”ə qoşulmuş olursunuz.
Təmassız ödəniş etmək üçün sadəcə olaraq “Android” cihazlarında NFC funksiyasını aktiv etməyiniz yetərlidir. Bundan əlavə “Google Pay™” xidməti tamamilə ödənişsizdir və heç bir komissiya tutulmur. Son olaraq “Google Pay™”ə əlavə edilmiş kartlara aid məlumatlar heç bir halda 3-cü şəxslərlə ötürülmür.