Please ensure Javascript is enabled for purposes of website accessibility Risklərin idarə edilməsi
BANK HAQQINDA

Korporativ idarəetmə

Risklərin idarə edilməsi
  • 1

    Likvidlik riski

     

    Yenilənib: 23.05.2019

    Likvidlik riskinin idarə edilməsi metodları

    Likvidlik - bаnkın öz öhdəliklərini (bаlаnsdаnkənаr öhdəliklər, krеditin vеrilməsi hаqqındа rаzılаşmаlаr, krеdit хətləri və s. dахil еdilməklə) vахtındа yеrinə yеtirmək məqsədilə məqbul qiymətə kifаyət qədər nаğd və yа оnа еkvivаlеnt məbləğdə müхbir hеsаblаrındа qеyri-nаğd vəsаit əldə еtmək qаbiliyyəti kimi bаşа düşülür.    

     

    Likvidliyin təhlili

    Likvidliyin idarə olunmasında Bankın balansının hər iki tərəfinin təhlil olunması nəticəsində likvidliyin planlaşdırılmasının səmərəliliyi təmin edilir.

    Bank likvidliyin idаrə оlunmаsı məqsədilə lаzım gəldikdə aktivlərin satışından əlavə Mərkəzi Bankdan, kommersiya banklarından, banklararası bazardan kreditlərin alınmasını, hüquqi və fiziki şəxslərin depozitlərinin cəlbini təmin еdir.

    Bankın likvidliyinin müəyyənləşdirilməsinin və onun stabilliyinin vacib amilləri fiziki və hüquqi şəxslərin dеpоzitləri(əmanətləri) və cari hesablarının sabit qalıqlarıdır.

    Bаnk əməliyyаt аpаrdığı hər bir vаlyutаyа оlаn tələbаtı ödəmək üçün mövcud bаzаrlаrın imkаnını öyrənir və хаrici vаlyutаnın ödəniş müddətləri аrаsındаkı hər bir uyğunsuzluğu likvidliyin idаrə оlunmаsı bахımındаn diqqətlə nəzərdən kеçirib аrаdаn qаldırır.

     

    Likvidliyin planlaşdırılması və idаrə оlunmаsı

    Likvidliyin planlaşdırılması və idаrə оlunmаsının təşkili Bankın Aktiv və Passivlərin İdarə Edilməsi Komitəsi (bundan sоnrа APİK) tərəfindən həyata keçirilir.

    Mühasibat uçotu və hesabatlar departamenti və Xəzinədarlıq şöbəsi Bаnkın likvidlik göstəricilərini hеsаblаmаq üçün bаlаns və bаlаnsdаnkənаr öhdəliklərin təsnifаtını аpаrаrаq təhlil еdir. Təhlillə оrtа gündəlik və aylıq likvid аktivlərə yönəldilməli оlаn vəsаitlərin fаizləri müəyyənləşdirilərək bахılmаq üçün APİK-ə təqdim еdilir. APİK tərəfindən likvid аktivlərə yönəldilməli оlаn vəsаitin fаizləri təsdiq еdilir.

    Mühasibat uçotu və hesabatlar departamenti likvid аktivlərə yönəldilməli оlаn vəsаitlərin fаizlərinə uyğun icmаl bаlаns və vаlyutаlаr (АZN; ЕUR; USD; RUR və s.) üzrə аyrı-аyrılıqdа likvidlik əmsаllаrını hеsаblаyаrаq bахılmаq üçün APİK-ə təqdim еdir.

    Likvidliyin zəruri hаllаrdа оrtа müddətli planlaşdırmasını aparmaq üçün Mühasibat uçotu və hesabatlar departamentitərəfindən icmаl bаlаns və хаrici vаlyutаlаr üzrə ödəniş müddətlərinin bölüşdürülməsi cədvəli tərtib edilir. Cədvəl aktiv və passivləri ödəniş müddətləri üzrə müvafiq kateqoriyalara bölüşdürür, likvidliyin artıqlığını (kəsirini) əks etdirərək APİK-ə imkan verir ki, problem meydana çıxanadək tədbirlər görsün.

    APİK təqdim еdilən hеsаbаt və təkliflər əsаsındа siyаsət və limitlər bаrədə qərаr qəbul еdir və bu qərаrlаrı Bаnkın struktur bölmələri tərəfindən həyаtа kеçirməli оlаn tаktiki və strаtеji tаpşırıqlаrı əks еtdirir.

    Likvidliyin idаrə оlunmаsı məqsədilə hеsаbаtlаrın təhlili əsаsındа likvidliyə аid müvаfiq təkliflərə (dеpоzitlərin cəlbi, vəsаitlərin mənbələri, cəlb оlunаn vəsаitlərin cоğrаfiyаsı və s.) APİK tərəfindən bахılır.

    APİK likvidliyin planlaşdırılmasında aşağıdakıları nəzərə alır:

      - Likvidliyin mövcud vəziyyətini;

      - Vəsaitə tarixən yaranmış tələbatı;

      - Gələcəkdə vəsaitə gözlənilən tələbatı;

      - Vəsait mənbələrini;

      - Bank əməliyyatlarına cəlb olunmuş resursların dəyərini;

      - Aktivlərin keyfiyyətini;

      - Bank əməliyyatlarının həyata keçirilməsi üçün resursların hansı mənbələrdən cəlb edilməsi və ya hansı mənbələrdə cəmlənməsini;

      - Bankın ümumi vəziyyətini, o cümlədən kapitalın və mənfəətin səviyyəsini;

      - İstifadə olunmamış kredit xətlərini, akkreditivləri, kreditləşmə üzrə öhdəliklər kimi gözlənilməz öhdəlikləri və ya qiymətli kağızların, yaxud xarici valyutanın alınması kimi balansdankənar öhdəlikləri;

      - Fövqəladə vəziyyətdə (fövqəladə vəziyyətdə böhranların meydana çıxması zamanı məsələn, likvidlik baxımından əlverişsiz bazar şəraiti, bankın müvəqqəti maliyyə çətinlikləri, bankda qeyri-adi dərəcədə depozit axınına səbəb olan bank haqqında layihələr) bank öhdəliklərinin icrası üçün vəsait çatışmadıqda rəhbərliyin görəcəyi tədbirlər.

      - İqtisаdi mühit.

     

    Likvidliyin idarə edilməsi üçün əldə edilən məlumatlar

    Bankın cari likvidlik fəaliyyətini və vəsaitə olan tələbatını gələcəkdə lazimi səviyyədə təhlil etmək üçün Bаnkın müvafiq struktur bölmələri (filial, şöbə) Mühasibat uçotu və hesabatlar departamenti və Xəzinədarlıq şöbəsinə aşağıdakı məlumatları verməlidirlər:

      - Ən iri vəsait təminatçıları, onların fəaliyyət sahələri və hansı coğrafi ərazi üzrə vəsaitin toplanması məbləği, vəsaitin alınması tarixi, ödəniş müddətləri, faiz dərəcəsi barədə məlumatlar;

      - Əsas uyğunsuzluqları aşkara çıxarmaq üçün aktivlərin və passivlərin ödəniş müddətlərinin bölgüsü;

      - Likvid aktivlərdə və depozitlərdə tarixən yaranmış dəyişikliklər;

      - Ani likvidlik normativi və digər likvidlik əmsalları və aralıq müddətlərdə bu göstəricilərdə baş vermiş dəyişikliklər;

      - Girov qoyulmuş aktivlər;

      - Balansarxası öhdəliklər;

      - Nəzərdə tutulan kreditlərin və başqa öhdəliklərin verilməsi;

      - Aktivlərin gəlirliyi və bank əməliyyatlarının aparılması üçün müxtəlif resursların dəyəri;

      - İqtisadi vəziyyət, o cümlədən əsas iqtisadi göstəricilər və faiz dərəcələrinin proqnozları.

     

    Likvidlik əmsalı

    Bankın likvid aktivlərinin orta gündəlik qiymətinin cari öhdəliklərinin orta gündəlik qiymətinə olan nisbət əmsalı (ani likvidlik normativi) min. 30% səviyyəsində saxlayır.

    Bankın cari likvid aktivlərinin minimum məbləği müəyyənləşdirilərkən aşağıdakılar nəzərə alınır:

      - Likvid aktivlərə tarixən yaranmış tələbat;

      - Likvid aktivlərə olan gündəlik tələbat;

      - Likvid aktivlərə olan cari tələbat;

      - Maliyyələşdirilmə strukturundakı dəyişikliklər;

      - İqtisadi mühit;

    APİK tərəfindən Bаnkın likvidliyini gözləməklə аktiv əməliyyаtlаrın аpаrılmаsındа kаpitаlın аdеkvаtlılıq nоrmаlаrınа riаyət оlunmаsınа dа nəzаrət еdilir.

  • 2

    Bazar riskləri

     

    Yenilənib: 23.05.2019

    Faiz dərəcəsi riski

    Faiz riski - faiz dərəcəsinin enib-qalxması nəticəsində maliyyə alətlərinin və bankın iqtisadi dəyərinin dəyişməsindən ehtimal olunan itkilərdir. Faiz riskinin yaranmasına səbəb - faiz dərəcələrinin dəyişməsinə həssaslıq dərəcələri və dəyişmə müddətləri üzrə bankın tələblərinin və öhdəliklərinin həcmlərinin uyğunsuzluğudur. Nəticədə yeni bazar şəraitinə uyğun yeni əlverişsiz faiz dərəcələrinin müəyyənləşdirilməsi ilə əlaqədar planlaşdırılan xalis faiz gəlirinin (axınının) yenidən qiymətləndirmə riski yaranır. Yekunda bankın faiz marjasının və xalis faiz gəlirinin azalma riski yaranır. Bankın faiz riskinə məruz qalmasının dərəcəsinin qiymətləndirilməsi və onun immunizasiyası üzrə tədbirlərin müəyyənləşdirilməsi, aşağıdakıları özündə cəmləşdirən həm təşkilati, həm də texnoloji xarakter daşıyan sistematik tədbirlər kompleksindən ibarətdir:

       - Faiz risklərinin ssenarili modelləşdirilməsi;

       - Bankın cari aktiv və passivlərinin həcm vaxt strukturunun müəyyənləşdirilməsi üçün proqram-texniki kompleksin tərtibi;

       - Həcm vaxt strukturunun qiymətləndirilməsi sistemi;

       - Faiz dərəcələrinin dəyişməsinə həssaslığa görə, maliyyə alətlərinin təsnifləşdirilməsi kriteriyalarının tərtibi;

       - Qüvvədə olan və əvvəllər yekunlaşdırılmış müqavilələrin faiz dərəcələrinin dəyişməsi, yenidən müəyyənləşdirilməsinə həssaslığına görə təsnifləşdirilməsi tədbirləri;

       - Faiz dərəcələrinin baza indikatorlarının müəyyənləşdirilməsi və faktiki ortaölçülmüş faiz dərəcələrinin baza dərəcələrinin dəyişməsindən asıllığının müəyyənləşdirilməsi tədbirləri;

       - Növbəti il üçün aktiv və passivlərin strukturunun ssenarisinin tərtibi;

       - Bankın faiz risklərinə məruzluğunu qiymətləndirmək üçün rüblük (tələb olunduqda digər müddətli) hesabatların hazırlanması;

       - Aktiv və passivlərin strukturunun dəyişilməsi vasitəsi ilə, faiz riskinin immunizasiyası üçün tədbirlərin işlənim hazırlanması;

       - Cari maliyyə alətlərinin həssaslıq qrupu üzrə təsnifləşdirilməsinə dair daim işlənən tədbirlər kompleksi.

     

    Xarici valyuta riski

    Valyuta riskinin qiymətləndirilməsi üçün bankın valyuta balansında aktiv və passivlərin valyutasının strukturu müqayisə edilir. Bankın balansında əhəmiyyətli paya (aktivlərin 5 %-i) malik olan hər bir valyutaya ayrıca baxılır.

    Valyuta riskinə cari nəzarətin əsas metodu xarici valyutalarda açıq valyuta mövqelərinin (AVM) hesablanmasıdır. Hər iş gününün sonuna rəsmi AVM-nin hesablanması Mühasibat uçotu və hesabatlar departamenti tərəfindən aparılır. Gün ərzində AVM-ə nəzarət bankın Xəzinədarlıq şöbəsi və Risklərin İdarə Edilməsi şöbəsi tərəfindən həyata keçirilir. Belə ki, Xəzinədarlıq şöbəsi xarici valyuta ilə əməliyyatlar aparılarkən, əməliyyatların aparılması üçün təyin edilmiş limitlərin və normativlərin imkan verməsi baxımından AVM-ə cari nəzarəti həyata keçirir. Risklərin İdaəredilməsi şöbəsi isə risklərin idarə edilməsi aspektindən və qoyulmuş limitlərin dəyişdirilə bilməsi baxımından, eyni zamanda aparılacaq iri əməliyyatların, yeni maliyyə alətlərinin valyuta mövqeyinə təsirinin öyrənilməsi üçün AVM-ə nəzarət edir.

    AVM verilmiş valyutada aktiv və passivlərin fərqi kimi hesablanır. Valyuta məzənnəsi düşərkən uzun mövqe banka potensial itkilər yaradır. Valyuta məzənnəsi yüksələrkən isə qısa mövqe fəaliyyətin yekunlarına mənfi təsir göstərir

    AVM-in hesablanması metodikası Azərbaycan Respublikasının Mərkəzi Bankının “Azərbaycan Respublikasının müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”-da nəzərdə tutulmuş qaydada həyata keçirilir.

    Bank üçün bütün valyutalar üzrə hər bir iş gününün sonuna sərbəst konvertasiya oluna bilinən valyutalar üzrə uzun və qısa valyuta mövqelərinin məcmu böyüklüyü 2.4.-cü bənddə qeyd edilmiş Qaydalara uyğun olaraq, Bankın xüsusi vəsaitlərinin (kapitalının) 20%-dən çox olmamalıdır.

    Hər bir sərbəst konvertasiya oluna bilinən valyuta üzrə uzun və qısa valyuta mövqeyi bankın xüsusi vəsaitlərinin (kapitalının) 10%-i qədər təyin edilir. Hər bir qapalı valyuta üzrə uzun və qısa valyuta mövqeyi bankın xüsusi vəsaitlərinin 5%-dən çox olmamalıdır. Qapalı valyutalar üzrə uzun və qısa valyuta mövqelərinin məcmu böyüklüyü bankın xüsusi vəsaitlərinin (kapitalının) 7%-dən artıq olmamalıdır.

    Yuxarıda qeyd edilmiş Mərkəzi Bankın normativ göstəricilərinin gözlənilməsi üçün bank “siqnal” valyuta mövqeyi norması təyin edə bilər. Bu “siqnal” valyuta mövqeyi göstəricisi ayrı-ayrı valyutalar üçün uzun və ya qısa valyuta mövqeyi üzrə Mərkəzi Bankın normativ göstəricisindən ən azı 0,5% az olmalıdır. Bütün valyutalar üzrə məcmu uzun və ya qısa valyuta mövqeyi göstəricisi Mərkəzi Bankın normativ göstəricisindən ən azı 1% az olmalıdır. “Siqnal” limitlərin müəyyən edilməsi və ya dəyişdirilməsi təşəbbüsü ilə Xəzinədarlıq şöbəsi Risklərin İdarə Edilməsi şöbəsinə təklif verir, Risklərin İdarə Edilməsi şöbəsi təklifi risk meyarları üzrə öyrəndikdən sonra, geri qaytarmaq üçün ciddi iradı olmadıqda, Risklərin İdarəedilməsi Komitəsinin müzakirəsinə çıxarır.

    Stress-test

    "AFB BANK" ASC-də STRESS-TESTLƏŞDİRMƏ

    Ssenari təhlili

     15.12.2010 

    Tətbiq olunan ssenari:           

    Ümumi daxili məhsulun (ÜDM) kəskin şəkildə azalması

    "AFB BANK" ASC-nin maliyyə bazarlarında baş verə biləcək şoklara qarşı dayanıqlığını ölçmək məqsədi ilə 2010-cu ilin 4-cü rübündə stress-test keçirilmişdir. Stress-test ÜDM-nin kəskin şəkildə azalması ssenarisinın bankın balans, mənfəət və zərər hesabatına necə təsir edəcəyini müəyyən etmək üçün aparılmışdır.

    Qeyd etmək lazimdır ki, stress-testdə istifadə olunan bütün statistik məlumatlar Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin internet səhifəsindən alınmışdır (www.azstat.org).

    Stress-testdə istifadə olunan model:

       - ÜDM və onun sənaye sektorları üzrə strukturu 2000-2010-cu illər üzrə göstərilmişdir.

       - ÜDM-nin dəyişməsi ilə sənaye sektorlarının dəyişməsi arasında asılılıq vardır. Bu asılılıq korrelyasiya əmsalı ilə ölçülür. Həmin korrelyasiya əmsalı əsasında ÜDM-nin həcmində baş verən dəyişikliyin hər bir sənaye sektoru üzrə il ərzində istehsal olunmuş məhsulun ümumi həcminə nə dərəcədə təsir etdiyi müəyyənləşdirilir.

       - Bank öz müştərilərini fəaliyyət göstərdikləri sənaye sektorları üzrə qruplaşdırır, bu müştərilərə verilmiş kreditlərin ödəniş müddətləri üzrə bölgüsünü aparır.

       - Sənayedə baş verən şokun müştərilərə verilən kreditlərə, onların cari hesablarına, depozit portfelinə təsir meyarları müəyyənləşdirilir.

       - Həmin meyarlar əsasında yeni balans hesabatı hazırlanır, müddətlər üzrə GAP hesablanır.

    Stress-testdə Bankın 30/11/2010 tarixli hesabatları əsas alınmışdır. Həmin tarixdə Bankın kredit portfeli 27 427 425 manat həcmində olmuşdur. Bu məbləğin 14 238 826 manatı hüquqi şəxlərə verilmiş kreditlərdir. Kreditlər üçün ayrılmış məqsədli ehtiyatların həcmi 2560 manat, kredit portfelinə nisbəti 0.009% təşkil etmişdir. Hüquqi şəxslərin cari hesablarında olan vəsaitlərin məbləği 10 100 075 manat, müddətli depozitləri 9 200 000 manat həcmində olmuşdur. Bu vəsaitlərin sektorlar üzrə paylanması və müddətlər üzrə bölgüsü Əlavə 1-də göstərilmişdir.

    Əlavə 2-də 2000-2010-cu illər üzrə ÜDM və onun sənaye sektorları üzrə strukturu göstərilmişdir. Sənaye sektorları və ÜDM arasındakı asılılıq hesablanmışdır. Bu asılılıq əmsalı (korrelyasiya əmsalı) əsasında 2011-ci ildə ÜDM-nin 15% azalacağını fərz edib hər bir sənaye sektorunun azalma nisbəti müəyyənləşdirilmişdir.

    Əlavə 3-də hər bir sektor üzrə azalma nisbətinin bu sektorlarda fəaliyyət göstərən müəssisələrə verilmiş kreditlərə, onlardan cəlb edilmiş depozitlərin həcminə, cari hesablarına təsiri müəyyənləşdirilmiş meyarlar əsasında ölçülür. Əlavə 4-də balans hesabatı maddələrinin şokdan sonra faiz nisbəti ilə dəyişməsi göstərilir. Əldə olunmuş nəticələr əsasında deyə bilərik ki, ÜDM-nin 15% azalma şokunun tətbiqi nəticəsində 14 238 826 manat həcmində olan Bankın hüquqi şəxslərə verilmiş kreditlərinin həcmi 29.69% azalaraq 10 978 806 manat məbləğində olmuşdur. Kreditlər üçün ayrılan məqsədli ehtiyatların həcmi 2560 manatdan 504 346 manata yüksələcək və kredit portfelinə nisbəti 4.6% təşkil edəcək. Bu da kredit portfelinin keyfiyyətinin kəskin şəkildə pisləşəcəyini göstərir.

    Hüquqi şəxslərin cari hesablarındakı vəsaitlərin məbləği 26% azalaraq 10,1 milyon manatdan 8 milyon manata düşəcək. Müddətli depozitlər isə 18.26% azalaraq 7 520 000 manat təşkil edəcək.

    Tətbiq olunan şokdan sonra müddətlər üzrə aktiv və öhdəliklər arasındakı fərqi (GAP) təhlil edərkən görürük ki, şok Bankın likvidliyinə daha çox orta müddətdə mənfi təsir göstərəcək. Belə ki, 181-365 gün arasındakı müddətdə şokdan qabaqkı GAP 1,6 milyon olduğu halda bu məbləğ şokdan sonra 2 dəfədən də artıq azalaraq 738 min manat səviyyəsinə düşəcək. Ümumilikdə isə Bankın likvidliyi idarə edilə bilən səviyyədə qalacaq (Əlavə 5).

    Bankın faiz gəlirləri hər bir gəlir gətirən aktiv növü üzrə ortalama faiz dərəcəsi ilə hesablanmışdır. Şokdan əvvəl 1,836 milyon manat olan faiz gəlirləri şokdan sonra 12,52% azalaraq 1,606 milyon manat olacaq. Buna baxmayaraq faiz xərcləri cəmi 0.4% azalacaq. Bunun səbəbi isə cəlb olunmuş vəsaitlərin faiz dərəcələrinin aşağı olmasıdır (ortalama 6%). Şokdan qabaq 1,432 milyon olan faiz xərcləri şokdan sonra 1,423 milyon manat həcmində olacaq. Bunun nəticəsində də xalis faiz gəlirləri şokdan sonra 55% azalaraq 182 250 manat təşkil edəcək. (Əlavə 6)

    Nəticə

    ÜDM-nin 15% aşağı düşməsi zamanı Bankın kredit portfeli ciddi həcmdə 29,69%, xalis faiz gəlirləri 55% azalacaqdır. Cəlb olunmuş depozitlərin və digər öhdəliklərin faiz dərəcələri aşağı olduğu üçün şokun faiz xərclərinə təsiri çox az olmuşdur. Faiz gəlirləri kəskin şəkildə azaldığı halda faiz xərclərindəki azalmanın cüzi olması xalis faiz gəlirlərinin də kəskin şəkildə azalması ilə nəticələnir. Bu itkiləri azaltmaq üçün kredit və depozit portfelinin sənaye sektorları üzrə diversifikasiyalaşdırılması zəruridir.

     

  • 3

    Kredit riskləri

     

    Yenilənib: 23.05.2019

     

    Kredit riski

    Kredit riski – borcalanın, emitentin və ya kontragentin öz öhdəliyini müqavilə ilə müəyyən olunmuş şərtlərdə icra edə bilməməsi nəticəsində itkinin yaranması riskidir.

    Kredit risklərinin idarə edilməsi məqsədi ilə AFB Bank ASC-də Kredit siyasəti hazırlanmışdır və kredit verilməsi prosesində bu siyasət rəhbər tutulmaqdadır. Kredit Siyasətinin əsas məqsədi Bankın kredit fəaliyyəti üzrə əsas istiqamətlərini, kredit portfelinin formalaşması və idarə edilməsi prinsiplərini müəyyən etməkdən ibarətdir. Kredit siyasəti bankın fəaliyyət strategiyasının həyata keçirilməsi üçün cəlb olunmuş vəsaitlərin strukturunu, kredit resurslarının yerləşdirilməsi istiqamətlərini, kredit portfelinin diversifikasiyasını, qeyri-qanuni fəaliyyətlə məşğul olan borcalanlarla əməkdaşlığa yol verilməməsi və digər kreditləşmə fəaliyyəti ilə bağlı bankın mövqeyini ifadə edilir.

    Bankın satış strukturunun hər bir əməkdaşı fəaliyyətini Kredit Siyasəti çərçivəsində qurmaq vəzifəsi durur.

    Kredit riskinin idarə edilməsi və kreditlərin keyfiyyətli yerləşdirilməsi məqsədi ilə MBNP – nın və AMB –nın normativ hüquqi aktları ilə yanaşı kredit risklərinin idarə olunmasının beynəlxalq səviyyədə qəbul edilmiş prinsipləri və standartları və bank nəzarəti üzrə Bazel komitəsinin tövsiyələri əsas meyar olaraq götürür.

    Bankda kredit risklərinin idarə edilməsində aşağıdakı prinsiplər əsasında aparılır:

      - Kreditləşmədə “4 göz” prinsipi;

      - 6 “C” prinsipi;

      - Borcalana fərdi yanaşma;

      - Portfelin diversifikasiyası;

      - Kredit üzrə qərar qəbuletmə səlahiyyətlərinin bölüşdürülməsi;

      - Kredit portfelinin monitorinqi;

      - Mümkün zərərlərin ödənilməsi məqsədi ilə ehtiyatların yaradılması (MBNP, İFRS).

     

    Kredit risklərinin izlənilməsi məqsədi ilə aşağıdakı risk menecment üsullarından istifadə edilir:

       - Stress-test modelləri;

       - Ssenari analizi təhlili;

       - Miqrasiya matrisləri;

       - Vintaj təhlili;

       - Gözlənilən İtki (EL) : İflas olma ehtimalı (PL), İflas anında itki (LGD);

       - Riskə məruz portfel

    Kredit risklərinin effektiv idarə edilməsi məqsədilə bankın risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən bankın məruz qaldığı kredit riskləri barədə hesabat hazırlanır. Hesabatda bankın kredit və investisiya portfeli üzrə bankın məruz qaldığı risklər, bu risklərin bankın risklərin idarə edilməsi strategiyasına və siyasətinə adekvatlığı, habelə risklərin bankın kapitalına təsiri barədə məlumatlar əks olunur. Hesabat aylıq əsasda hazırlanır və bankın Müşahidə Şurasına, RİEK-ə və İdarə Heyətinə təqdim edilir.

  • 4

    Əməliyyat riskləri

     

    Yenilənib: 23.05.2019 

     

    Əməliyyat riski - qeyri-adekvat və ya uğursuzluqla nəticələnmiş bankdaxili proseslərdən, insanlardan, sistemlərdən və bankdankənar hadisələrin nəticəsində yaranan riskdir. Əməliyyat riski Bankın əməliyyat fəaliyyətinə aid olub, səriştəsizlik, adekvat nəzarətin olmaması və diqqətsizlik nəticəsində maliyyə itkiləri ilə nəticələnən riskləri əhatə edir.

     

    1. Əməliyyat risklərinin müəyyən edilməsi

    Bank tərəfindən Əməliyyat risklərini müəyyən edilməsi ən  azı aşağıdakı metodlarla aparılır: 

       1. Bankın struktur bölmələrinə göndərilən “Risk və Nəzarət özünüqiymətləndirmə Sorğuları”;

       2. Bankın struktur bölmələrinin rəhbərləri və əməkdaşları ilə intervyuların keçirmək;

       3. Əməliyyat riskləri üzrə limitlərin təyin edilməsi və nəzərdən keçirilməsi;

       4. Biznes proseslərini monitorinq və təhlil etmək;

       5. Əməliyyatlarda “4 göz” prinsipinin pozulduğu məqamları izləmək;

       6. Bankın aidiyyatı strukturları tərəfindən aylıq əsasda təqdim etdikləri hesabatlar;

       7. Silinən və düzəliş edilən əməliyyatların təhlili və s.

     

    Bank tərəfindən eləcə də əməliyyat risklərinin müəyyən edilməsi və idarə edilməsi məqsədilə “Risk və nəzarət özünüqiymətləndirmə” modelindən istifadə olunur.  Bu proses ildə iki dəfə bankın bütün strukturlarının iştirakı ilə həyata keçirilir.

    Risklərin idarə edilməsi Strukturu tərəfindən struktur bölmələrlə İntervyuların keçirilir və baş verən risk hadisələri və baş verməsi ehtimal olunan əməliyyat riskləri haqqında qarşılıqlı müzakirələr aparır.

    Eləcə də bütün bankdaxili mövcud və yeni qayda, prosedur, məhsul və xidmətlərə dair Risklərinin İdarə Edilməsi Strukturu tərəfindən risk əsaslı rəy verilir.

    2.     Əməliyyat risklərinin ölçülməsi

    Bank tərəfindən əməliyyat risklərinin ölçülməsi məqsədilə məlumat bazasından istifadə olunur.

    İtki Məlumatları Bazası

    Əməliyyat risklərinin ölçülməsi məqsədilə “İtki Məlumatları Bazası”-nın yaradılmışdırRisklərinin İdarə Edilməsi Strukturu strukturlardan daxil olan “Risk və Nəzarət özünüqiymətləndirmə”, aparılan intervyular, Help Desk moduluna edilmiş müraciətlər, Audit Hesabatları, Monitorinq Aktları, İşçi və Müştəri sirğuları və digər hesabat və mənbələr vasitəsi ilə əldə edilən məlumatları toplanaraq hazırlanır. Bu baza əməliyyat risklərinin azaldılmasında və Bankda nəzarətin zəif olduğu nöqtələrin müəyyən edilməsində istifadə olunur.

     Əməliyyat risklərinin ölçülməsinə iki yanaşma mövcuddur:

    Yuxarıdan - aşağıya yanaşma

    Aşağıdan - yuxarıya yanaşma

    Yuxarıdan - aşağıya yanaşma daha çox əməliyyat risklərinin hissələrinə ayrılmadan ölçülməsi üçün istifadə olunur.

    Əsas göstəricilər yanaşması

     

    Bu yanaşma əməliyyat risklərinin ölçülməsi metodları arasında ən sadə və ümumiləşdirilmiş metoddur. Əsas göstərici kimi burada bankın son 3 il üzrə gəliri nəzərdə tutulur. Belə ki, Bankın son üç ildəki ortalama gəliri (zərərlə işlədiyi il hesablamada həm gəlir, həm də say olaraq nəzərə alınmır) α (alfa) əmsalına vurularaq bankın əməliyyat risklərinin həcmi tapılır. Bazel Komitəsinə görə α əmsalı 15%-ə bərabərdir. Hesablamanın riyazi təsviri aşağıda göstərilmişdir:

                                                   

                                                                                   

     

     

    Burada, GI  - toplam gəlir, α = 15%, n - isə son üç ildə Bankın gəlirlə işlədiyi illərin sayıdır. α - əmsalı bankın risk mövqeyinə görə standartdan kənarda seçilə bilər. Beləliklə, bu metoddan istifadə edərək Bankın əməliyyat riskinə məruzluğu ölçülür.

     

    Aşağıdan – yuxarıya yanaşması

    Aşağıdan - yuxarıya yanaşma modeli daha çox əməliyyat risklərini bankın müxtəlif biznes vahidləri, bölmələri arasında mikro səviyyədə axtarılması ilə aparılır. Bu metodla hər bir bankdaxili biznes proses mərhələ - mərhələ monitorinq edilir və yenidən baxılır. Bu zaman bank üzrə iş prosesləri ayrı-ayrılıqda müşahidə edilir.

     3.     Stress testlər

    Stress test, bankdaxili və bankdankənar əvvəllər müşahidə olunmuş və ya bankın fəaliyyətinə potensial təsir edə biləcək hadisələrin bankın maliyyə vəziyyətinə potensial təsirinin qiymətləndirilməsi üçün aparılan analizdir. Bank tərəfindən mütəadi olaraq müəyyən edilmiş ssenarilər üzrə stress testlər həyata keçirilir.

    4.     Əməliyyat risklərinin azaldılması

    Əməliyyat risklərinin azaldılması məqsədilə bank tərəfindən tədbirlər müəyyən olunmuşdur. Müəyyən olunmuş tədbirlərin, limitlərin və məhdudiyyətlərin icrasına daim nəzarət olunur.

    5.     Əməliyyat riskləri üzrə əsas risk göstəriciləri

    Əməliyyat risklərini idarə etmək və daima nəzarətdə saxlamaq üçün istifadə edilən bir metod, əməliyyat riskləri üzrə əsas göstəricilərin (KRI - Key Risk Indicators) təyin olunması və dövrü olaraq izlənilməsidir. Bu məqsədlə bank tərəfindən proseslər və strukturlar üzrə əsəs risk göstəriciləri təyin edilmişdir. Əsas Risk göstəricilərinə mütəmadi olaraq nəzarət edilir.

    6.     Əməliyyat riskləri üzrə hesabatlıq

    Strukturlar tərəfindən “Risk və Nəzarət özünüqiymətləndirmə” anketini rübdə 1 dəfə olmaq üzərə tamamlayaraq Risklərinin İdarə Olunması Strukturuna təqdim etməlidirlər.

    Eləcə də bankın struktur bölmələri tərəfindən Risklərin idarə edilməsi Strukturuna müəyyən olunmuş tezlikdə və müəyyən edilmiş formada hesabatlar təqdim edilməlidir.

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.