Please ensure Javascript is enabled for purposes of website accessibility Ümumi məlumat
Əsas Səhifə

BANK HAQQINDA

 

“AFB Bank” Açıq Səhmdar Cəmiyyəti

28 noyabr 2008-ci il tarixdə Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış AFB Bank” ASC öz fəaliyyətinə 16 fevral 2009-cu ildən etibarən başlamışdır. 

 

“Banklar haqqında” Qanunun 19-cu maddəsinə əsasən “AFB Bank” Bank olaraq Açıq Səhmdar Cəmiyyəti kimi təsis olunmuşdur.

 

Azərbaycan bank bazarının subyektlərindən biri kimi “AFB Bank” Açıq Səhmdar Cəmiyyəti ölkə iqtisadiyyatını və hökümətimizin monetar siyasətini dəstəkləməklə yanaşı, daim dinamik inkişafa hədəflənmiş səmərəli və təmkinli, az riskli və ölçülü fəaliyyətə üstünlük verir. Bankın fəaliyyət müddəti zamanla məhdudlaşmır.

 

Bank Azərbaycan Respublikasının Mərkəzi Bankından aldığı bank lisenziyasında qadağan edilməyən bütün fəaliyyət növləri ilə məşğul olur.

 

Səhmdarlar haqqında

Yenilənib: 27.04.2023

Səhmdarlar

Cari səhmdar payı %   

İsmayılov Hikmət Əbuzər oğlu

99.6406

Muradov Cəmil Tahir oğlu

0.1797

Hacıyev Toğrul Ülvi oğlu

0.1797

Cəmi

100.0

 

Strateji baxışımız, missiyamız və korporativ dəyərlərimiz

AFB Bankın 2025-2029-cu illər üzrə Strategiyasının icmalı


Strateji baxış: AFB Bank bütün seqmentlərdə fərdi və biznes müştərilərin inkişafını dəstəkləyən, dayanıqlı və şaxələnmiş gəlir bazası formalaşdıran, rəqəmsal innovasiya və dayanıqlı inkişaf vasitəsilə Azərbaycan maliyyə sektorundakı rolunu gücləndirən aparıcı maliyyə institutuna çevrilməyi hədəfləyir.


Missiya bəyanatı: Texnologiya və rəqəmsal imkanlardan istifadə edərək bankçılıq xidmətlərini daha ağıllı, daha sürətli və hər kəs üçün daha əlçatan edir, innovativ və əlavə dəyər yaradan maliyyə həlləri təqdim etməklə davamlı inkişafı təmin edirik.

Korporativ dəyərlərimiz

Müştəriyönümlülük – Biz müştərini dinləyərək onun üçün davamlı dəyər yaradırıq

Nəticəyönümlülük – Biz hədəfdən nəticəyə doğru sürətlə irəliləyirik

Tam Sahiblənmə – Biz işi onun bütün mərhələlərinə sahiblənməklə son nəticəyə çatdırırıq

Davamlı İnkişaf – Biz şəxsi inkişafımızla Bankın rəqabət qabiliyyətini artırırıq

Şəffaflıq – Biz açıq ünsiyyətlə güvən yaradaraq etimada əsaslanan mədəniyyət qururuq

  • FATCA

    AFB Bank ASC də FATCA tələblərindən irəli gələrək, Daxili Gəlirlər İdarəsinin (IRS) elektron portalında qeydiyyatdan keçmişdir.

    AFB Bank ASC də FATCA statusu: Model 1 IGA uyğun olaraq hesabat verən maliyyə institutu

    Bankın Qlobal Eyniləşdirmə Nömrəsi (GIIN):  - YZ908R.99999.SL.031

    FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyicilərinin müəyyən edilməsi (“ABŞ Şəxsləri”) olmaqla bank kimi maliyyə institutlarında müştərilərin sənədləşdirilməsi və hesabatlılığı ilə bağlı yeni prosedurlara əməl edilməsini təmin etməkdir.  Sazişə əsasən FATCA-nın tələblərinə uyğun olaraq yeni müştəri qəbulu qaydaları 1 iyul 2014-cü ildən etibarən tətbiq olunmağa başlamışdır.  Buna baxmayaraq 1 iyul 2014-cü ildən əvvəl açılmış hesabların da müəyyən parametrlər əsasında verifikasiya olunması tələb olunur.  
    Sazişə əsasən ABŞ şəxsləri ilə əlaqədar Azərbaycan Respublikası Vergilər Nazirliyinə hesabat vermək öhdəliyi olan 
    bank, müştərinin FATCA statusunu müəyyən etmək üçün banka təqdim edilən sənədlər və məlumatlar əsasında aşağıdakıları həyata keçirəcək:

       - Müştərinin FATCA ilə bağlı statusunu qiymətləndirmək;

       - ABŞ Əlamətlərini (məsələn: hesab üzrə sənədlərdə qeyd olunmuş ABŞ ünvanı, ABŞ telefon nömrəsi və ya ABŞ doğum yeri) müəyyən etmək və tələb olunduğu halda müvafiq düzəlişlər etmək.  Bununla bağlı müştəri tərəfindən əlavə məlumat (məsələn: FATCA statusunu təsdiq etməkdən ötrü “W-8-BEN”, Hüquqi şəxslər üçün W-8-BEN I ”  və ya “W9” adlandırılan ABŞ formaları) təqdim edilməsi zərurəti ortaya çıxa bilər.

       - Əgər müştəri FATCA tələblərinə əsasən ABŞ Şəxsi hesab olunarsa (və ya banka müştəri hesabının FATCA məqsədləri üçün təsnifləşdirilməsi ilə əlaqədar zəruri olan sənədlər təqdim edilmədiyi təqdirdə), bankda  mövcud olan hesablara dair məlumatlar Azərbaycan Respublikası Vergilər Nazirliyinə (onlar isə öz növbəsində bu məlumatları İRS-ə ötürəcək) təqdim ediləcəkdir.  ABŞ şəxsi hesab olunmayan şəxslər barədə hər-hansı bir məlumatın ötürülməsi tələb olunmur.    

    FATCA ilə bağlı daha ətraflı məlumatı IRS-in internet səhifəsindən (www.irs.gov/FATCA) və ya Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi veb səhifəsinin FATCA bölməsindən (http://www.taxes.gov.az/modul.php?name=beynelxalq&cat=92) əldə edə bilərsiniz.  

Əlaqə nömrəsi