Təhlükəsizlik qaydaları
Müştərilərin ödəniş kartları ilə internet üzərindən təhlükəsiz istifadəsi üzrə Təlimat
- Sizin e-poçt ünvanınıza bankın adından hər hansı şəxsi məlumatla bağlı suallar verən saxta məktublara cavab verməyin. Belə bir hal baş verdikdə, dərhal banka zəng edərək məktubun doğru olub-olmadığını yoxlayın;
- E-poçtunuza gələn bəzi dələduz məktublarda digər internet səhifələrinə (hətta, Sizin bank saytı ola bilər) keçid üçün link verildikdə ondan istifadə etməyin, çünki bu cür hallar Sizi dələduz internet səhifələrinə yönəldə bilər;
- Heç bir halda internet resursları vasitəsilə Sizə və ödəniş kartınıza aid olan məlumatı (PİN-kod, bank resurslarına aid şifrələr, kredit limiti, əməliyyatların tarixçəsi, şəxsiyyət və sürücülük vəsiqəsi ) bölüşməyin;
- İnternet üzərindən edilən əməliyyatlar üçün xüsusi ödəniş kartından (maaş, depozit, kredit xətti olan kartlar istisna olmaqla) istifadə etməyiniz məsləhətdir. Həmin kart hesabınıza isə pul vəsaitini ehtiyacı olduğunuzdan artıq yükləməyin;
- Yalnız tanınmış və dəfələrlə öz təhlükəsizliyinə görə sınaqdan uğurla keçmiş 3D Secure (Verified by Visa, MasterCard Secure və s.) proqramına qoşulmuş e-satış dükanlarından istifadə edin;
- Əməliyyatı həyata keçirməmişdən öncə, e-satış dükanının əlaqə nömrələrini xüsusi yaddaş kitabçasına qeyd edin. Bu üsul, Sizə alınmış əşyanın geri qaytarılması və ya göstərilmiş xidmətdən narazı olarkən yaranmış mübahisəni həll etmək üçün e-satış dükanı ilə bir başa əlaqə yaratmaqda yardımçı ola bilər;
- Daxil olacağınız internet səhifəsinin elektron ünvanını (məsələn : www.afb.az )dəfələrlə yoxlayın. Çünki, dələduzlar Sizi istifadə etdiyiniz elektron səhifələrinə bənzəyən digər saxta səhifələrə yönəldə bilər;
- Şübhəli internet səhifələrindən heç bir halda istifadə etməyin, bu cür internet səhifələri məhz Sizin kart məlumatlarınızı oğurlamaq üçün yaradılır;
- Əməliyyatı həyata keçirərkən, hər hansı bir internet səhifəsinin saxta olmasından şübhələnirsizsə, dərhal bankla əlaqə saxlayıb onları məlumatlandırın və həmin internet səhifəsini tərk edərək başqa səhifədən istifadə edin;
- Hər zaman, e-poçt ünvanızı yoxlayın və mənbəyi məlum olmayan məktubları aldıqda onları açmayın;
- Şəxsi identifikasiya məlumatlarının, bank hesabı və ya kart ilə bağlı məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə əməliyyatların şəxsi kompyuter vasitəsilə həyata keçirilməsi məqsədəuyğundur;
- E-satış dükanlarında əməliyyat etmək üçün təsadüfi internet-kafelərdən istifadə etməyin. Bu məkanlarda Sizin daxil etdiyiniz məlumatı oğurlayan xüsusi program təminatı yerləşdirilə bilər;
- İnternet şəbəkəsi ilə əməliyyatlar digər kompyuter vasitəsilə həyata keçirildikdə, əməliyyat başa çatdıqdan sonra şəxsi identifikasiya məlumatları, bank hesabı və ya ödəniş kartı ilə bağlı məlumatların kompyuterin yaddaşında qalmadığına əmin olun;
- Əməliyyat etmək üçün doğum tarixiniz və ya telefon nömrəniz kimi asan şifrələrdən istifadə etməyin;
- Səlahiyyətsiz əməliyyatlar nəticəsində bank hesabı üzrə pul vəsaitlərinin azalmasında şübhə yarandığı zaman bankı dərhal məlumatlandırın;
- SMS məlumat xidmətinə qoşularaq kartınızdan keçən hər bir əməliyyat haqqında məlumatı dərhal sms vasitəsilə alacaqsınız. Bunun üçün AFB Bank-ın hər hansı bir bankomatında “SMS notifications” (SMS xəbərdarlıq) bölməsini seçib mobil nömrənizi daxil edin. Xidmət haqqı: aylıq - 0.95 AZN;
Ödəniş kartı üzrə təhlükəsizlik qaydaları
- ABŞ, Kanada, Latın Amerika, Cənub-Şərqi Asiya (Tayland, Filippin), Şərqi Avropa (Ukrayna və s).ölkələrinin əksəriyyətində çip texnologiyasının tətbiq olunmadığı üçün bu ölkələrdə aparılan əməliyyatlar yüksək riskli hesab edilir. Risklərin azaldılması məqsədilə bu ölkələrdə iri məbləğlər saxladığınız ödəniş kartlardan mümkün qədər az istifadə edilməsi tövsiyyə olunur;
- PİN-kod ödəniş kartı ilə birlikdə yalnız onun sahibinə verilir. Kartın etibarlılıq müddəti üzərində göstərilən ayın sonuncu gününə kimidir. Məsələn, 04/17 – kart 30.04.2017-ci il tarixinə kimi etibarlıdır;
- PİN-kodu kartdan ayrı, yalnız Sizə məlum olan yerdə və ya yadda saxlamaq lazımdır. PİN-kodu bankomata və ya POS-terminala daxil etdikdə, digər şəxslərin görməsinə imkan verməyin;
- PİN- kodu yığarkən diqqətli olun. PİN- kodu üç dəfə ardıcıl səhv daxil etsəniz, kartınız bloklanacaq. Bu halda Banka müraciət edin;
- Kartla apardığınız hər bir əməliyyat üzrə qəbzləri saxlayın;
- Hər ay Bankdan kart hesabı üzrə çıxarış alın və apardığınız əməliyyatları diqqətlə yoxlayın. Həyata keçirmədiyiniz hər hansı əməliyyat aşkar etsəniz, dərhal Banka müraciət edin;
- Kartınız itirildikdə və ya oğurlandıqda, 24 saat ərzində fəaliyyət göstərən Müştəri Xidmətlərinə müraciət edin. Tel.: (+994 12) 5984697 və ya 194;
- Kartla aparılan əməliyyatlara görə komisyon haqlarının tutulması Bankın qüvvədə olan tariflərinə əsasən həyata keçirilir;