FİZİKİ ŞƏXSLƏRƏ BANK HESABININ AÇILMASINA DAİR RAZILAŞMA
(qoşulma müqaviləsi)
İrəlidə “Bank” adlandırılacaq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş
28.11.2008-ci il tarixli 253 saylı lisenziya və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “AFB Bank”
ASC,
irəlidə “Müştəri” adlandırılacaq məsafədən bank hesabının açılması üçün müraciət edən fiziki şəxs,
birlikdə Tərəflər adlandırılacaq, Kompleks bank xidmətləri üzrə standart şərtlər toplusunun
ayrılmaz hissəsi olan bu Müqaviləni imzalayaraq aşağıdakı şərtlərlə razılığa gəldilər:
1. Bu Müqaviləyə görə Bank Müştərinin ərizəsində göstərdiyi valyutada bank hesabı açır və hesab
üzrə bank xidmətləri göstərir, Müştəri isə bunun müqabilində Bankın tarifləri ilə müəyyən edilmiş
xidmət haqqını ödəməklə şəxsi məqsədləri üçün qanunvericilikdə qadağan olunmayan
əməliyyatların aparılması üçün hesabdan istifadə edir.
2. Bu Müqaviləni imzalamaqla Müştəri Bankın internet saytında
(https://afb.az/uploads/posts/2022/06/Kompleks%20bank%20xidmetleri_Standart%20Sertl
er%20Toplusu%20.pdf) dərc edilmiş və bank xidmətlərinin, o cümlədən bank hesabının
açılmasına dair xidmətlərin təqdim edilməsi üzrə münasibətləri tənzimləyən Kompleks bank
xidmətləri üzrə standart şərtlər toplusunun şərtləri ilə tanış olduğunu bəyan edir və Tərəflər arasında
yaranan hüquq və öhdəliklərin bu Müqavilənin tərkib hissəsi olan Kompleks bank xidmətləri üzrə
standart şərtlər toplusu ilə tənzimləndiyini qəbul edir.
3. Müştəri öhdəlik götürür ki,
hesabdan cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun
maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatların aparılması üçün istifadə etməyəcək;
hesabdan üçüncü şəxs(lər)in xeyrinə istifadə etməyəcək;
aparacağı bank əməliyyatlarında istifadə edəcəyi pul vəsaitləri digər şəxsə məxsus deyil və bank
əməliyyatları hər hansı digər şəxsin qərarı, tapşırığı, xahişi və yaxud birbaşa təsiri əsasında
aparılmayacaq.
4. Tərəflər razılaşır ki, gələcəkdə əqdlərin bağlanması, ərizə/sifariş verilməsi zamanı gücləndirilmiş
elektron imza və ya gücləndirilmiş müştəri audentifikasiyası (müştərinin “bildiyi” (şifrə, pin,
suallar toplusu və s.), “sahib olduğu” (elektron cihazlar, mobil telefon tətbiqi, OTP, TOTP, elektron
imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil
elementlərin iki və ya daha çoxunun istifadəsi) vasitəsilə icra edilə bilər. Bu qaydada bağlanmış
əqdlər/sənədlər Müştərinin şəxsi əl imzası ilə icra edilmiş eyni bərabər hüquqlu statusa və qüvvəyə
malikdir.
5. Bu Müqavilə rəqəmsal qaydada imzalandığı andan qüvvəyə minir və ona xitam verilənədək
qüvvədə hesab olunur.