3D Secure xidməti
3D Secure texnologiyaları nə deməkdir?
Verified by VISA/ MasterCard SecureCode texnologiyaları ilə İnternetdə təhlükəsiz kart əməliyyatları aparmaq üçün AzeriCard prosessinq mərkəzi plastik kart sahiblərinə 3D Secure parollarına yazılmasını təklif edir. 3D Secure Sistemi İnternetdə təhlükəsiz alış-verişi etmək imkanı yaradır. 3D Secure parolu olan kartla sahibindən başqa heç bir kəs İnternetdə ödəmə apara bilməz.
3D Secure parolun əldə olunması
Siz iki üsuldan istifadə edərək xidmətə qoşula bilərsiniz: ATM-dən birdəfəlik şifrələri və ya SMS vasitəsi ilə birdəfəlik parol əldə etmək (yalnız “SMS Xəbərdarlıq” xidmətinə qoşulan kartlar üçün). ATM-dən birdəfəlik şifrələri əldə etmək üçün “Xidmətlər”menyusunu seçin.
“İB və 3D Secure parol siyahısı” bölməsini seçin
Bundan sonra bankomat parolların siyahısını çap edəcək.
IB parollar siyahısını çap edin və https://acs2.3dsecure.az/way4acs/enroll linkinə daxil olun. Həmin linkə www.afb.az saytından da daxil ola bilərsiniz
Autentifikasiya növünü seçirik: Birdəfəlik SMS şifrə
Birdəfəlik parolların siyahisi
Şifrə Sizin mobil nömrənizə dərhal göndərilir. Kartın istifadə müddətinin bitmə tarixini, CVC2 və birdəfəlik parolu daxil edin.
İstifadəçinin adını, parolunu, kömək sözünü və salam mətnini daxil edin. Parol minimum 8 işarədən ibarət olmalıdır. Parolda hərflər, rəqəmlər və xüsusi işarələr olmalıdır.
Qeyd olunma prosesi uğurla başa çatdıqda aşağıda göstərilən pəncərəni görəcəksiniz.
Kartınızda təkrar qeydiyyat aparmaq üçün və ya qeydiyyatı ləğv etmək üçün autentifikasiyadan sonra müvafiq pəncərəni seçirsiniz.