Please ensure Javascript is enabled for purposes of website accessibility PİN Erase və PİN Delivery xidmətləri

PİN Erase və PİN Delivery xidmətləri

 

 

PİN Erase və PİN Delivery xidmətlərdən yararlanmaq üçün:

 

  • “AFB Bank” mobil tətbiqinin son versiyasını yükləməli (istər iOS, istərsə də Android istifadəçiləri);

 

  • Müvafiq kartı SMS məlumatlandırma xidmətinə qoşmalıdır (Aylıq 0.95 AZN abunə haqqı);

 

Xidmət 3 ay müddətinə ödənişsizdir. 01.04.2022-ci il tarixindən göstərilən xidmətə görə komissiya: 

 1 AZN/ 1 USD/ 1 EUR / 1 GBP (Ödəniş kartının valyutasından asılı olaraq) təşkil edəcək.

 

Xidmətdən istifadə qaydaları:

 

  • “AFB Bank” mobil tətbiqi açdıqdan sonra ana səhifədə müvafiq kartı üzərinə toxunaraq seçin:0

 

 

  • Açılmış pəncərədə “PİN kodun dəyişdirilməsi”-ni seçin:

 

 

  • Yeni PİN kod təyin etdikdən öncə mövcud PİN kod ləğv olunmalıdır və bununla bağlı müştəridən razılıq alınır:

 

 

 

  • Müştəri razılığını verdikdən sonra növbəti məlumatlandırma xarakterli mətn çıxır. Burada yeni PİN kodun təyin edilməsi qaydası təsvir olunur:

 

  

 

  • Açılan səhifədə kartın 16 rəqəmini, bitmə tarixini və CVC2 kodunu qeyd etməklə və OK düyməsinə basmaqla, "PİN kodu özüm yaratmaq istəyirəm” təsdiq edirsiniz.

 

 

  • SMS məlumatlandırma xidmətinə qoşulduğunuz nömrəyə AzəriCard tərəfindən şifrəli SMS gələcək.

 

 

 

  • SMS vasitəsi ilə gələn rəqəmləri və şifrələnmiş rəqəmlər (Hər SMS-lə 4 şifrəli rəqəm gəlir) yerinə istədiyiniz rəqəmləri (məsələn 5566) qeyd etməklə və OK düyməsinə basaraq Siz yeni PİN kodunuzun təyin olunmasını təsdiq edirsiniz.

 

 

  • Əməliyyat uğurlu olduğu halda aşağıdaki mətn əks olunacaq və yeni PİN kodunuz təyin olunmuş sayılır.

 

 

Kart istifadəçiləri olan bank müştəriləri!

Bank hesabınızda olan pul vəsaitlərindən icazəsiz şəkildə istifadə edilməsinin qarşısını almaq üçün ödəniş kartınızın məlumatlarını digər şəxslərə və ya özünü bank əməkdaşı kimi təqdim edənlərə verməyin.