Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB BANK” ASC MÜŞTƏRİLƏRİ ÜÇÜN RƏQƏMSAL PUL KİSƏSİ İSTİADƏSİNƏ DAİR QAYDA VƏ ŞƏRTLƏRİ

“AFB BANK” ASC MÜŞTƏRİLƏRİ ÜÇÜN RƏQƏMSAL PUL KİSƏSİ İSTİADƏSİNƏ DAİR QAYDA VƏ ŞƏRTLƏRİ

Bu qaydalar və şərtlər “AFB Bank” ASC ”( “Bank”) tərəfindən emissiya edilmiş ödəniş kartınızdan (“Ödəniş Kartı”) istifadə etməklə ödəniş etmək üçün Rəqəmsal Pulqabı xidmətindən (“Xidmət”) istifadəni tənzimləyir. Xidmətə daxil olmaq və ya ondan istifadə etməklə siz bu şərtlərlə razılaşırsınız. Bu şərtlərlə razı deyilsinizsə, Xidmətdən istifadə edə bilməzsiniz.

 

ZƏMANƏT VERİLMİR

Rəqəmsal pul kisəsi xidməti Rəqəmsal Pul Kisəsi provayderiniz tərəfindən uyğun hesab edilən cihazlardan istifadə etməklə Rəqəmsal Pul Kisəsi provayderiniz tərəfindən təklif olunan xidmətdir. Bank, Xidmətin fəaliyyəti və ya Xidmətə daxil olan məlumat, məzmun, materiallar və ya məhsullarla bağlı açıq və ya nəzərdə tutulan hər hansı bir ifadə və ya zəmanət vermir. Rəqəmsal pul kisəsi provayderi və ya Rəqəmsal pul kisəsi xidməti ilə əlaqəli hər hansı digər üçüncü şəxslər tərəfindən sizə təqdim olunan hər hansı məlumat və ya digər xidmətlərə görə də məsuliyyət daşımırıq. Rəqəmsal pul kisəsi xidmətinin hər hansı uğursuzluğuna və ya performansına görə məsuliyyət daşımırıq.

Razılaşırsınız ki, Rəqəmsal Pul kisəsində hər hansı Ödəniş Kartından istifadə sizin riskinizdir. Siz anlayırsınız ki, Rəqəmsal pul kisəsi xidmətindən istifadə həm də Rəqəmsal pul kisəsi və ya digər tərəflərin razılaşmalarına və ya istifadə şərtlərinə tabe olacaqdır.

 

DİGƏR MÜQAVİLƏLƏRLƏ ƏLAQƏ

Bu Xidmətdən istifadə Bankın Sizinlə bağladığı hər hansı digər müqaviləyə təsir göstərmir. Hesabın açılması zamanı Sizə təqdim edilən və vaxtaşırı dəyişdirilən Ödəniş Kartından istifadə şərtləri Rəqəmsal pul kisəsi xidmətindən istifadə edib-etməməyinizdən asılı olmayaraq tam qüvvədə qalır. Rəqəmsal pul kisəsi xidmətindən istifadə edərək qeydiyyatdan keçmiş Ödəniş Kartınızla etdiyiniz hər hansı əməliyyat həmin əməliyyatı həyata keçirmək üçün ondan şəxsən istifadə etdiyiniz kimi hesab ediləcək və kart sahibi ilə Bank arasında bağlanan müqavilənin şərtlərinə uyğun olaraq bütün müvafiq komisyon haqlar və faizlər tətbiq olunacaqdır.

 

UYĞUNLUQ

Xidmətdən istifadə etmək hüququna malik olmaq üçün Ödəniş Kartınız və əsas hesabınız işlək vəziyyətdə olmalıdır və simsiz rabitə provayderinizə və/və ya Rəqəmsal pul kisəsi ilə əlaqəli istənilən üçüncü tərəfin hər hansı məhdudiyyətinə əsaslananmamalıdır.

 

CİHAZIN UYĞUNLUĞU

Bu xidmətdən istifadə etmək üçün uyğun cihazınız olmalıdır. Bank uyğun olmayan cihazlarda Xidmətdən istifadə nəticəsində yaranan hər hansı zərərə görə məsuliyyət daşımır.

 

ÖDƏNİŞLƏR

Bank hazırda Rəqəmsal pul kisəsi xidmətlərində Ödəniş Kartınızın istifadəsi üçün komissiya tutmur. Bununla belə, Pul kisəsi provayderi və ya Rəqəmsal pul kisəsini dəstəkləyən digər üçüncü tərəf Kartdan istifadəyə təsir göstərə biləcək xidmət haqqı və məhdudiyyətlər (məsələn, simsiz operatorunuz tərəfindən sizə qoyulan məlumat istifadəsi və ya mətn mesajı ödənişləri) nəzərdə tuta bilər. Siz bütün bu cür ödənişlərə görə məsuliyyət daşımağa razısınız və bu cür məhdudiyyətlərə və qadağalara əməl etməyə razılaşırsınız.

 

ÖDƏNİŞ KARTININ DAYANDIRILMASI

Bank istənilən vaxt Ödəniş Kartınızdan istifadəni dayandırmaq və ya ləğv etmək hüququnu özündə saxlayır. Bank istənilən vaxt və hər hansı səbəbdən bu hüquqdan istifadə edə bilər, misalçün, Ödəniş Kartınızla fırıldaqçılıq əməliyyatlarından şübhələndikdə, Cihazınız itirildikdə və ya oğurlanırqda və ya müvafiq qanunlar dəyişdikdə.

 

KOMPENSASİYA

Siz Bankı, onun filiallarını və onların müvafiq vəzfiəli şəxsləri, direktorları, agentləri və əməkdaşlarını Xidmətdən istifadə və ya bu şərtləri pozmağınız nəticəsində yarana biləcək hər hansı iddialardan, hərəkətlərdən və ya tələblərdən, o cümlədən heç bir məhdudiyyət olmadan, sizin öhdəliklərinizdən irəli gələn və ya nəticələnən ağlabatan hüquqi və mühasibat haqları ilə bağlı xərcləri kompensasiya  etməyə və belə iddialardan kənarda saxlamağa razılaşırsınız.

 

XİTAM VƏ YA DƏYİŞİKLİK

Bank bu Xidməti ləğv etmək və ya dəyişdirmək və ya Rəqəmsal pul kisəsi üçün Kartınıza girişi dayandırmaq və ya Rəqəmsal pul kisəsi üçün Bankın Qayda və Şərtlərinin hər hansı şərtini ləğv etmək, əlavə etmək, silmək və ya dəyişdirmək hüququna malikdir. Qanunun tələb etdiyi hər hansı belə xitam və ya dəyişiklik barədə sizə bildiriş təqdim ediləcəkdir. Xidmətdən istifadəyə davam etmək üçün Şərtlər və Qaydalardakı hər hansı dəyişikliyə dair Sizin razılığınız zəruridir.

 

MƏSULİYYƏT

Ödəniş Kartını Pul kisəsinə əlavə etmək istəyirsinizsə, Rəqəmsal pul kisəsinə dair Bank tərəfindən qəbul edilmiş prosedurlara və hər hansı digər qaydalara əməl etməyə razılaşırsınız. Ödəniş Kartını autentifikasiya edə bilmədikdə və ya Ödəniş Kartı ilə bağlı saxtakarlığın olmasından şübhə yarandıqda, Ödəniş Kartı Pul kisəsinə əlavə edilə bilməz. Siz həmçinin Ödəniş Kartınızdan istifadə edilərək aparılan bütün əməliyyatla, o cümlədən icazəli və ya icazəsiz aparılan əməliyyatlara görə məsuliyyət daşıyırsınız.

 

TƏHLÜKƏSİZLİK

Xidmətin və Ödəniş Kartı məlumatlarını qorumaq üçün Bank, ağlabatan təhlükəsizlik tədbirlərindən istifadə edir. Rəqəmsal pul kisəsinin ID-si, parollar, cihaz parolları və cihazınızda Rəqəmsal pul kisəsinə təhlükəsiz şəkildə daxil olmaq üçün istifadə edə biləcəyiniz hər hansı digər vasitələrin məxfiliyini qorumaq üçün yalnız siz məsuliyyət daşıyırsınız. Siz cihazınızı hər zaman qoruyacağınıza razılıq verirsiniz.

 

MƏXFİLİK

Bank sizin konfidensiallığa hörmət edir və fərdi məlumatlarınızı qorumaq öhdəliyi götürür. Bankın internet saytında mövcud olan Bankın məxfilik siyasəti Bankın fərdi məlumatları necə topladığını, istifadə etdiyini və qoruduğunu izah edir.

 

ƏLAQƏ

Xidmətdən istifadə etməklə siz Bankdan Xidmət və hesabınızla bağlı elektron məktublar, mətnlər və push-bildirişlər kimi elektron məlumatların alınmasına razılıq verirsiniz. Siz razılaşırsınız ki, Bankın sizə elektron şəkildə göndərdiyi hər hansı bildiriş, razılaşma, açıqlama və ya digər məlumat istənilən hüquqi ünsiyyət tələblərinə cavab verəcəkdir.

Bu Qaydalar və Şərtlərlə bağlı hər hansı sualınız, şərhiniz və ya şikayətiniz varsa, zəhmət olmasa zengmerkezi@afb.az elektron ünvanına və/və ya 1545 / (+99 412) 565 65 56 nömrəsinə zəng edin.

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.