Please ensure Javascript is enabled for purposes of website accessibility Hesab açmaq

Hesab açmaq

Hesab açmaq

 

Fiziki şəxslər Bankımızda hesab açıb rahat və sərfəli şərtlərlə Bank xidmətlərindən yararlana bilərlər. AFB Bankda milli və xarici valyutada cari hesabın açılması pulsuzdur. Həmçinin, siz kart və əmanət üçün cari hesabı açmaq istəyirsinizsə, valyuta növündən asılı olmayaraq hesabın açılması üçün xidmət haqqı tələb edilməyəcək.  

Bankımızda cari hesab açmaq üçün yalnız şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməyiniz kifayətdir. Siz cari hesab açmaqla filial və şöbələrimizdə hesaba nağd pul mədaxil və ya məxaric edə, ölkədaxilinə və ya ölkə xaricinə köçürmələr edə və ya köçürmələr qəbul edə bilərsiniz. Hesab açmaq üçün filial və ya şöbələrimizdən birinə yaxınlaşa bilərsiniz.

Həmçinin, hesab açmaq üçün online müraciət edib 3 addımla müştərimiz ola bilərsiniz. AFB Bank müştərisi olmaq üçün:

1) Müraciət formasını doldurub bizə faks ilə göndərin. Faks: (+99 412) 565-65-77 

2) Lazım olan sənədlər: 
Azərbaycan vətəndaşları üçün:

     - Şәxsiyyәt vәsiqәsinin әsli vә surәti (şәxsiyyәt vәsiqәsinin ön və arxa tərəfi), müvəqqəti verilən Forma 9 qəbul edilir.

     - Hәmçinin İmza nümunələri kartını doldurmaq zәruridir (Kart Sizә Bank işçisi tәrәfindәn tәqdim edilmәli vә onun iştirakı ilə doldurulmalıdır).

Xarici vətəndaşlar üçün:

     - Pasportun surәti, hәmçinin pasportda başqa rәsmi qeydlərin surəti, Azәrbaycana giriş vizasının surәti.

     - Miqrasiya orqanları tərəfindən verilmiş müvəqqəti şəxsiyyət vəsiqəsi.

     - Hәmçinin, imza nümunələri kartını doldurmaq zәruridir (Kart Sizә Bank işçisi tәrәfindәn tәqdim edilәcәk vә onun iştirakı ilə doldurulmalıdır).

3) Ərizə formasını doldurub hesab açmaq istәdiyiniz filialımıza gələrək bizə tәqdim edin.
Əlavə məlumat üçün (994 12) 565-65-56.

 

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.