Please ensure Javascript is enabled for purposes of website accessibility AFB Bankın dividend siyasəti
Əsas Səhifə

BANK HAQQINDA

AFB Bankın dividend siyasəti
  • 1

    Dividend siyasəti anlayışı

    2.1 Dividend siyasəti-bankın xalis mənfəətdən istifadə istiqamətində apardığı siyasətdir. Dividend siyasəti Müşahidə Şurası tərəfindən müəyyən edilir, Bankın Səhmdarlarının Ümumi Yığıncağı tərəfindən təsdiq edilir və səhmdarlara dividend şəklində ödəniləcək mənfəətin həcmini, bu mənfəətin bölüşdürülməmiş mənfəət şəklində saxlanmasını və ya investisya edilməsini müəyyən edir.

    2.2 Kapitalın strukturu və bankın maliyyələşməsi baxımından Müşahidə Şurası tərəfindən dividend siyasətinin seçilməsi çox  vacibdir.

    2.3 Dividend siyasəti bankın ümumi maliyyə strategiyasının bir hissəsi kimi, səhmlərin bazar dəyərinin qalxması baxımından, istifadə edilən və kapitallaşdırılan mənfəət arasında optimal nisbəti müəyyən etməkdən ibarətdir. Dividend siyasəti bankın kapital bazarındakı vəziyyətinə, xüsusilə də səhmlərin qiymətinə ciddi təsir edir.

    2.4 Adi səhm üzrə dividend dedikdə, Bankın xalis mənfəətinin səhmdarlara hər bir səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülən hissəsi başa düşülür. Dividend səhmdarların pul gəliridir.

    2.5 İmtiyazlı səhm üzrə dividend dedikdə, Bankın təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı səhm sahiblərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. Həmin vəsaitin ödənilməsini təmin etmək üçün Bank öz vəsaitləri hesabına xüsusi fondlar yarada bilər.

    2.6 Bankın Nizamnaməsində digər hallar nəzərdə tutulmayıbsa, Bank rüblük, yarımillik, və ya maliyyə ilinin nəticələrinə əsasən illik dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır.

    2.7 İstənilən növdən və ya kateqoriyadan olan səhmlər üzrə dividendlərin ödənilməsinə dair qərar verilməsi, bankın öhdəliyi deyil, hüququdur. Əgər Bankın xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa, Bank dividendləri elan edə və ödəyə bilməz.

    2.8 Elan edilmiş dividendlərin səhmdarlara ödənilməsi Bankın öhdəliyidir. Bank bu öhdəliyinin icra edilməməsinə görə Azərbaycan Respublikasının Qanunvriciliyinə əsasən səhmdarlar qarşısında məsuliyyət daşıyır.

    2.9 Əgər Bank tərəfindən səhmdarlara dividendlərin ödənilməsi ilə əlaqədar hər hansı bir problem yaranarsa və həmin problemin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmayıbsa, belə problemlər səhmdarların maraqları nəzərə alınmaqla həll edilməlidir.

  • 2

    Yekun müddəalar

    12.1 Bu əsasnamə Müşahidə Şurasının iclasında iştirak edən və qiyabi iştirak edən üzvlərin səs çoxluğu ilə müzakirə edilir və Səhmdarların Ümumi Yığıncağında təsdiq edilir.

    12.2 Bu əsasnaməyə əlavə və dəyişikliklər Müşahidə Şurasının iclasında iştirak  edən və ya qiyabi iştirak edən üzvlərin səs çoxluğu ilə müzakirə edilir,Səhmdarların Ümumi Yığıncağında iştirak edən səhmdarların adi səs çoxluğu ilə təsdiq edilir.

    12.3 Əgər bu əsasnamənin hər hansı bir bəndi və ya maddəsi Azərbaycan Respublikasının qanunvericiliyi və ya Bankın nizamnaməsi ilə ziddiyyət təşkil edirsə,onda həmin bənd və ya maddəyə müvafiq dəyişikliklər edilənədək işdə Azərbaycan Respublikasının Qanunvericiliyi rəhbər tutulmalıdır.

  • 3

    Elan olunmuş dividendlərin ödənilməsinə görə Bankın məsuliyyəti

    11.1 Bank elan olunmuş hər bir səhm növü üzrə dividend ödəməyə borcludur.

    11.2 Əgər Bank öhdəliyini icra etmirsə və səhmdarlar elan edilmiş səhmlər üzrə dividendlərini ala bilmirlərsə ,onlar məhkəmə yolu ilə öz hüquqlarını tələb edə bilərlər.

  • 4

    Dividendlərin ödənilməsi

    10.1 Bank səhmdarlara dividend ödəyərkən vergi agenti kimi çıxış edir.Bank Azərbaycan Republikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada dividend almaq hüququ olan səhmdarlardan müvafiq vergini tutur və büdcəyə köçürür.

    10.2 Dividend səhmdarlara qanunvericilikdə nəzərdə tutulmuş vergilər tutulduqdan sonra ödənilir.

  • 5

    Dividendlərin ödənilməsinin təşkili

    9.1 Səhmdarlara dividendlərin ödənilməsinin təşkili,kordinasiyası və bununla əlaqədar olan bütün tədbirlər bankın səhmdarlarla iş aparan müvafiq struktur bölməsi həyata keçirir.

    9.2 İstənilən səmdar onun adının dividend ödəniləcək şəxslərin siyahısından çıxarılmasına və ya salınmasına ,həmçinin dividendlərin hesablanması qaydasına dair ,hesablanılmış dividendlərə görə faizlərin ödənilməsinə dair və dividendlərin ödənilmə formasına dair öz təkliflərini banka təqdim edə bilər.

    9.3 Bank dividendlərin elan edilməsinə dair məlumatı ,ödəniş üsulu və tarixi barədə məlumatı kütləvi informasiya vasitələrində və Bankın korporativ saytında yerləşdirir.Bank dividend almaq hüququ olan bütün səhmdarları şifarişli məktub göndərməklə və ya şəxsən imzalamaqla dividendlərin elan edilməsi barədə məlumatlandıra bilər.

    9.4 Məlumatda aşağıdakılar əks etdirilməlidir;

    •   Dividendlərin ödənilməsinə dair qərar qəbul edən orqanın adı;
    •   Dividendlərin elan edilmə tarixi;
    •   Dividend almaq hüququ olan şəxslərin siyahısı və onun tərtib edilmə tarixi;
    •   Ödəniləcək dividendin həcmi;
    •   Dividendin ödənilmə forması;
    •   Dividendin ödənilmə tarixi;
    •   Dividendin ödənilmə üsulu,əgər dividend nəğd şəkildə ödənilirsə ödənişin həyata keçirildiyi ünvan;
    •   Dividendin gəlir vergisi tutulduqdan sonra və ya əvvəl ödənildiyinə dair məlumat;
    •   Dividendlərin ödənilməsinə dair məlumat(bu barədə qərar qəbul edilən tarixdən 15 gündən gec olmayaraq açıqlanmalıdır).

    9.5 Bank dividendlərin ödənişini təşkil etmək və həyata keçirmək üçün kənar bir təşkilatda (daha sonra mətndə ödəniş üzrə agent)cəlb edə bilər.Dividend ödənişinə agentin cəlb edilməsi bankın səhmdarlar qarşısında dividendlərin ödənilməsi öhdəliyindən azad etmir.

    9.6 Bank dividendlərin ödənişi üçün ödəniş üzrə agent cəlb etmək üçün agentlə hər iki tərəfin hüquq və vəzifələrini özündə əks etdirən müqavilə imzalamalıdır.

    9.7 Ödəniş üzrə agenti İdarə Heyətinin sədri seçir.Bunun üçün o banka daha sərfəli şərtlərlə müqavilə bağlamaq üçün müsabiqə keçirə bilər.

    9.8 Bank Əsasnaməsinin 9.3 bəndində nəzərdə tutulan qaydada dividendlərin ödənişinə agentin cəlb edilməsinə,agentin dəyişdirilməsi və ya yenisi ilə əvəz edilməsi barədə məlumatı səhmdarların nəzərinə çatdırır.

  • 6

    Səhmlərə dividendlərin hesablanması qaydası

    8.1 Aşağıdakı səhmlərə dividend hesablanılmır və ödənilmir;

    •   Yerləşdirilməmiş;
    •   Bankın balansına cəlb edilmiş;
    •   Bankın balansına alınmış;
    •   Səhmdarların öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən Bankın ixtiyarına qayıdan səhmlər;
    •   Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.

    8.2 Hər bir səhmdara düşən dividendlərin həcmi,bir səhmə düşən dividend məbləğini müvafiq səhmdarın sahib olduğu səhmlərin sayına vurmaqla müəyyən edilir.

    8.3 Hər bir səhm növü və tipi üzrə hesablanılmış dividendlərin həcmi,hesablanarkən vergüldən sonra olan qəpiklər yuvarlaq rəqəmədək yuvarlaqlaşdırılmalıdır.

  • 7

    Dividendi almaq hüququ olan şəxslər

    6.1 Hər dividend ödənişi üçün Bankın qeydiyyat orqanı səhmlər üzrə dividend almaq hüququ olan səhmdarların siyahısını tərtib edir.

    6.2 Səhmlər üzrə dividend almaq hüququ olan şəxslərin siyahısı,dividendlərin ödənilməsi barədə qərar qəbul edildikdən sonra,yəni hansı səhmlərə dividend ödəniləcəyi müəyyən edildikdən sonra tərtib edilir.Bu siyahı səhmdarların yığıncağında iştirak edəcək şəxslərin siyahısı tərtib edildiyi,dividendlərin ödənilməsinə dair qərar qəbul edildiyi gün hazırlanır.

    6.3 Dividend almaq hüququ olan səhmdarların siyahısına səhmdarların reyestrində qeydiyyatına alınmış (nominal səhmdarlar nəzərə alınmadan )şəxslər və siyahının tərtib edildiyi tarixə nominal səhmdarların xeyrinə səhm saxladıqları şəxslərin adları salınır.

    6.4 Əgər bir səhmin bir neçə sahibi varsa və onlar arasında bağlanmış müqavilədə digər hal nəzərdə tutulmayıbsa ,onda dividend mütənasib qaydada bölünür.

  • 8

    Dividendlərin ödənilməsinə məhdudiyyətlər

    • 5.1 Bank aşağıdakı hallarda səhmlər üzrə dividendlərin ödənişini elan edə bilməz;

      •   Bankın nizamnamə kapitalı tam ödənilənədək;
      •   Əgər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank müflis elan edilibsə və ya dividendlərin ödənilməsi bankın müflis olmasına səbəb olarsa;
      •   Əgər dividendlərin ödənilməsi haqda qərar qəbul edildiyi gündən bankın xalis aktivləri onun nizamnamə kapitalından az olarsa və ya dividendlərin ödənilməsi nəticəsində az    olacaqsa,ehtiyyat fondu və nizamnamədə nəzərdə tutulmuş güzəştli səhmlərin dəyərindən az olarsa ;
      •   Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.

      5.2 Bank səhmlər üzrə elan edilmiş dividendləri aşağıdakı hallarda ödəməyə bilər;

      •   Əgər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank müflis elan edilibsə və ya dividendlərin ödənilməsi bankın müflis olmasına səbəb olarsa ;
      •   Əgər dividendlərin ödənildiyi gün bankın xalis aktivləri onun nizamnamə kapitalından az olarsa,ehtiyyat fondu və nizamnamədə nəzərdə tutulmuş  güzəştli səhmlərin dəyərindən    az olarsa;
      •   Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.

      5.3  Dividendlərin ödənilməsinə məhdudiyyətlər başa çatdıqdan sonra bank müəyyən müddət üzrə xalis mənfəətdən dividendləri ödəyir.

  • 9

    Dividendlərin elan olunmasına dair qərarın qəbulu

    4.1 Bank rüblük,yarımilllik, və ya maliyyə ilinin nəticələrinə əsasən illik dividendlərin verilməsinə dair qərar qəbul edə bilər.

    4.2 Rüblük,yarmillik və ya maliyyə ilinin nəticələrinə əsasən illik dividendlərin ödənilməsinə və ya ödənilməməsinə dair qərar müvafiq dövrün sona çatmasından sonra üç ay ərzində qəbul edilə bilər.Dividendlərin ödənilməsinə,həmçinin dividendin kateqoriyasına görə dividendlərin ödəniş formasına dair qərar Müşahidə Şurasının tövsiyyəsinə əsasən Səhmdarların Ümumi Yığıncağı tərəfindən qəbul edilir.

    4.3 Maliyyə ilinin nəticələrinə görə zərər/mənfəətin dividend şəklində səhmdarlar arasında bölüşdürülməsinə dair qərar ilkin olaraq Müşahidə Şurasının iclasında müzakirə edilir və ¾ səs çoxluğu ilə qəbul edildikdən sonra,Səhmdarların Ümumi Yığıncağına çıxarılır.

    4.4 Dividendlərin ödənilməsinə dair qərarla aşağıdakılar müəyyə edilməlidir;

    •   Dividendlərinin ödənişi elan edilən səhmlərin kateqoriyası və növü;
    •   Hər hansı bir səhm kateqoriyası və növü üçün dividendin həcmi;
    •   Ödənişin müddəti;
    •   Ödənişin növü.

    4.5 Dividendlərdən hər hansı vergilərin tutulması qanunvericilikdə nəzərdə tutulmuşdursa,səhmdarlardan tutulacaq vergilər nəzərə alınmadan dividendlər elan edilir.

  • 10

    Dividendlərin həcminin hesablanması qaydası

    3.1 Dividend manatla, hər bir səhm üçün hesablanır.

    3.2 Hər bir səhmə düşən dividendin həcmini hesablamaq üçün dividendlərin ödənilməsinə ayrılan xalis mənfəət adi və tam ödənilmiş səhmlərin faktiki sayına bölünür. Bu zaman bankın balansında öz adına olan səhmlər nəzərə alınmır. Dividendlər hesablanarkən səhmlərin hər bir növü və nominalı üzrə hər səhmə düşən məbləğ eyni olmalıdır.

    3.3 Bank adi səhmlər üzrə dividendlərin hesablanmasını (bölüşdürülməsini) imtiyazlı səhmlərin bütün növləri üzrə dividendlərin hesablanmasından (bölüşdürülməsindən) sonra həyata keçirir.

    3.4 Dividendlərin hesablanmasında (bölüşdürülməsində) ilk növbəlilik hüququ verən imtiyazlı səhmlər üzrə dividendlər digər imtiyazlı səhmlər üzrə dividendlərdən əvvəl bölüşdürülür.

    3.5 Dividendin həcmi maliyyə ilinin sonu mənfəətin həcminə əsasən müəyyən edilir. Əgər səhmdarlara il ərzində aralıq dividendlər ödənilibsə, onda bu rəqəm səhmdarların ümumi yığıncağının qərarına əsasən maliyyə ilinin nəticələrinə əsasən elan edilmiş dividend məbləğindən çıxılır.

    3.6 Səhmdarların ümumi yığıncağının qərarına əsasən illik dividendlərin ödənilməsi məqsədilə xalis mənfəətdən hər hansı bir faiz müəyyən edilə bilər.

  • 11

    Ümumi müddəalar

    1.1 Bu əsasnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinə, ‘‘Banklar Haqqında’’ Azərbaycan Respblikasının Qanununa və AFB Bank ASC-nin nizamnaməsinə əsasən hazırlanmış və ‘‘AFB Bank’’ASC-də (bundan sonra mətn üzrə ‘‘Bank’’ adlanacaq) dividendlərin ödənilmə şərtlərini və minimal həcmini, ödənmə ardıcıllığını, dividendlərin ödənilməsinə yönəldiləcək mənfəətin hissəsinin müəyyənləşdirmə mexanizmini müəyyən edir.

    1.2 Bu əsasnamənin məqsədi səhmdarları və digər maraqlı tərəfləri Bankın dividend siyasəti haqqında məlumatlandırmaqdır.

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.