Please ensure Javascript is enabled for purposes of website accessibility Mükafatlandırma siyasəti
Əsas Səhifə

Mükafatlandırma siyasəti

Mükafatlandırma Siyasətimiz Bankın uzunmüddətli fəaliyyət nəticələrinə əsaslanmaqla, strateji hədəflərə nail olmasına yönəldilmişdir və Bank tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli dövrdə gəlir əldə edilməsini istisna edir.

Mükafatlandırma sistemi

  • Adekvatlıq

    Mükafatlandırmanın bankın gəlirliliyinə, Strategiyasına adekvat olması, mükafatlandırma sisteminin əmək bazarı səviyyəsinə uyğunluğu

  • Ədalətlilik

    Dəqiq ölçülmüş meyarlar əsasında obyektiv qiymətləndirmə ilə işçinin əməyinin ədalətli ödənilməsi və ayrıseçkiliyə yol verilməməsi

  • Şəffaflıq

    Mükafatlandırma siyasəti ilə bağlı məlumatların həm işçilərə, həmdə ictimaiyyətə açıqlanması

Mükafatlandırma sisteminin məqsədləri

  • Bankın uzunmüddətli və davamlı inkişafını təmin etmək;

  • Bankın əmək bazarında rəqabət qabiliyyətliliyini artırmaq;

  • Risklərin idarə edilməsi və insan resurslarının idarə edilməsi sistemlərini təkmilləşdirmək;

  • Banka dəyər qatan yüksək ixtisaslı işçilərin loyallığını artırmaq və həmin işçilərin əməyindən faydalı istifadə etmək;

  • İşçilərinin əmək fəaliyyəti zamanı səmərəliliyini artırmaq, onları davamlı müsbət nəticələr əldə etməyə həvəsləndirmək

  • Motivasiyası yolu ilə kollektiv performansı yaxşılaşdırmaq, işçiləri ümumi hədəflərə yönləndirmək

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.