-
Əksər hallarda nağd pul krediti girov və ya zamin tələb olunmadan təqdim olunur. Lakin bəzi hallarda kredit şərtləri müraciət edən şəxsin maliyyə vəziyyətinə uyğun olaraq dəyişə bilər.
-
Nağd pul kreditinə onlayn müraciət etdikdən sonra müraciətiniz qısa müddət ərzində yoxlanılır və ilkin cavab təqdim olunur. Prosesin dəqiq müddəti müraciətin detalları və əlavə yoxlamaların olub-olmamasından asılı olaraq dəyişə bilər.
-
Nağd pul kreditinə rəsmi gəliri olan şəxslər və təqaüdçülər müraciət edə bilərlər. Kredit müraciəti zamanı borcalanın gəliri, kredit tarixçəsi və ödəmə qabiliyyəti bank tərəfindən qiymətləndirilir.
-
Bəli, krediti onlayn şəkildə vebsaytımızdan və ya mobil tətbiqimizdən əldə edə bilərsiniz.
-
Məsafədən bank hesabı açmış və məsafədən əməliyyat aparan Müştəridən imza və möhür nümunələri vərəqəsi tələb edilmir. Lakin, həmin Müştəri Bankın inzibati binasında bank hesabı üzrə əməliyyat həyata keçirmək istədikdə, bu vərəqəni təqdim etməlidir.
-
Xeyir. RİS vasitəsilə Banka müraciət daxil olduqda, sistem tərəfindən avtomatik olaraq Vergi Xidmətinə sorğu göndərilir. Şəhadətnamə-dublikat Bank tərəfindən alınır və müvafiq qaydada cavablandırılır.
-
İstənilən. Müştəri Bankın filial və ya şöbəsini seçməkdə sərbəstdir.
-
Xeyir. Yalnız Bankın tariflərinə uyğun xidmət haqqı tutulur.
-
Hər hansı dəyişiklik yalnız Müştəri tərəfindən təsdiqləndikdə, mümükündür. Təsdiqlənmiş məlumatlar silinmədən, təhrif olunmadan və qanunvericiliyə uyğun məxfilik təmin olunmaqla Bankın, Mərkəzi Bankın serverlərində, Müştərinin BankID kabinetində saxlanılır.
-
Mövcud qanunvericiliyə uyğun olaraq, həmin sənədlər gücləndirilmiş elektron imza ilə təsdiqləndiyi üçün kağız daşıyıcıda olan imza (imza/möhür) ilə eyni hüquqa malikdir.