Please ensure Javascript is enabled for purposes of website accessibility Yığım+ Hesabı
  • Yığım+ Hesabı

    Yığım+ Hesabı

    • Minimal məbləğ

      100

    • Valyuta

      AZN

    • Faiz dərəcəsi

      18%

    • Müddət

      36 ay

Aylıq mədaxilin həyata keçirildiyi tarix intervalı

Müştəri aylıq mədaxilin həyata keçiriləcəyi tarix intervalını aşağıda göstərilən variantlardan yalnız birini seçir. Seçilmiş tarix intervalı müqavilə müddəti ərzində tətbiq edilir.

Hər ayın 1–10 (ayın 10-u daxil)

Hər ayın 11–20 (ayın 20-si daxil)

Hər ayın 21–ayın sonunadək

 

Üstünlük:

Faiz ödənişləri üçün hədiyyə Platinum kart!
Müddət sonunda faiz məbləğinizin köçürülməsi üçün sizə 48 aylıq Mono Platinum (Mastercard və ya visa) ödəniş kartı hədiyyə edilir.

 

Limitsiz artırma imkanı!

Hesab məbləğinizi hər ay limit olmadan artıra bilərsiniz*

 

Qeyd:

*İlk 18 ay müddətində hesab üzrə mədaxil edilən vəsaitin məbləğinə dair maksimum limit tətbiq edilmir və faktiki mədaxil olunmuş bütün məbləğlər üzrə faiz hesablanır. Müddətin 19–36-cı ayları ərzində isə faiz hesablanması yalnız 1-ci ayın mədaxil məbləği həcmində həyata keçirilir. Bu müddət ərzində hesab üzrə ilkin məbləğdən artıq mədaxil edilən vəsaitlərə faiz hesablanmır.

*Yığım vəsaitinin ilk 18 ayı ərzində müştəriyə minimal 1-ci ayın mədaxil məbləği (tam və ya hissəli olmaqla) mədaxil etmək öhdəliyi, maksimal məbləğ üzrə isə limitsiz mədaxil etmək hüququ verilir (seçilmiş interval aralığında).

 

*19–36-cı aylar üzrə müştəri hesaba 1-ci ayın mədaxil məbləğindən artıq vəsait mədaxil edə bilər, lakin faiz hesablanması yalnız 1-ci ayın mədaxil məbləği həcmində həyata keçirilir.

* Yığım hesabına vaxtından əvvəl xitam verildiyi halda hesablanmış faiz məbləği ödənilmir.

*Yığım hesabı üzrə müqavilə dondurulduğu halda, hesablanmış faiz məbləği və yığım vəsaiti məbləği yalnız müqavilə müddətinin sonunda ödənilir. İlk 18 ay ərzində müştəri tərəfindən ən azı bir dəfə mədaxil həyata keçirilmədiyi təqdirdə, müqavilə avtomatik olaraq dondurulmuş hesab edilir.

* Yığım hesabında formalaşmış ümumi vəsaitin azaldılması mümkün deyil.

 

Əlavə şərtlər:

Hesablanmış faizlərin ödənilməsi 36 aylıq mədaxil müddəti başa çatdıqdan 30 (otuz) gün sonra həyata keçirilir.

Yığım hesabına xitam verildikdə və ya müqavilə müddəti başa çatdıqda, hesabdakı vəsait hesabına ilk olaraq kredit kartı üzrə borc mövcuddursa tam həcmdə ödənilir.

Müəyyən edilmiş ödəniş aralığından kənar vaxtda edilən ödənişlər üzrə faiz hesablanmayacaq.

Gəlirini hesabla

  • Nə qədər məbləğ qoymusunuz? 100
    100 AZN 1 000 000 AZN
  • Əldə olunan gəlir

    AZN

  • Yekun məbləğ

    AZN

Sorğu göndər

  • 1

    Sifariş üçün saytda lazım olan forumları doldurun

  • 2

    rahat əldə edin!

  • Əmanət girovu ilə kredit kartı

    Əmanət girovu ilə kredit kartı

    Sifariş et
  • Mikrokredit

    Mikrokredit

    Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar əldə edə bilərlər

    Sifariş et
  • Peşə krediti

    Peşə krediti

    Peşə fəaliyyəti ilə məşğul olan müştərilər üçün kredit

    Sifariş et
  • Kiçik və orta sahibkarlıq krediti

    Kiçik və orta sahibkarlıq krediti

    Sahibkarlar üçün sərfəli fürsət

    Sifariş et
  • Əmanət girovu ilə kredit

    Əmanət girovu ilə kredit

    AFB Bankdakı əmanətinizə əsasən verilən kredit

    Sifariş et

Sualınız var?

Tez-tez verilən suallar bölməsindən cavab tapa bilərsiniz.

Cavablara bax →