Please ensure Javascript is enabled for purposes of website accessibility Vətən Müharibəsinin Anım Günü !

Vətən Müharibəsinin Anım Günü !

← Bütün xəbərlər
Tarix:

27 Sep, 2021

Baxış sayı:

2485 nəfər

2020-ci il sentyabrın 27-də başlayan növbəti hərbi təcavüzə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başlanılmışdır. İşğal altında olan torpaqlarımızın azad olunması qəhrəman şəhidlərimizin, əsgər, zabitlərimizin və qazilərimizin qanı və canı bahasına olmuşdur!
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə,qazilərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında AFB Bank olaraq baş əyirik! #afbbank #anımgünü

Tarix:

27 Sep, 2021

Baxış sayı:

2485 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Kart istifadəçiləri olan bank müştəriləri!

Bank hesabınızda olan pul vəsaitlərindən icazəsiz şəkildə istifadə edilməsinin qarşısını almaq üçün ödəniş kartınızın məlumatlarını digər şəxslərə və ya özünü bank əməkdaşı kimi təqdim edənlərə verməyin.