Please ensure Javascript is enabled for purposes of website accessibility Səhmlər haqqında məlumat

Səhmlər haqqında məlumat

 

BANKIN SƏHMLƏRİ HAQQINDA MƏLUMAT 

  1. Səhmlərin növü və forması:

    Adi, adlı sənədsiz

  2. Səhmlərin dövlət qeydiyyat nömrəsi: 

    AZ1005008599

  3. Səhmlərin miqdarı:

    55 647 (əlli beş min altı yüz qırx yeddi) ədəd

  4. Səhmlərin nominal dəyəri:

    1,265 (bir min iki yüz altmış beş)  manat

  5. Səhmlərin məcmu nominal dəyəri:

    70,393,455 (yetmiş milyon üç yüz doxsan üç min dörd yüz əlli beş) manat

  6. Səhm sahibinin bir səhmlə təsbit olunan hüquqları:

Hər bir səhm sahibinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3-cü maddəsində, digər qanunvericilikdə və Cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş aşağıdakı hüquqları vardır:

- Cəmiyyətin idarə edilməsində iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;

- Qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;

- Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;

- Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;

- Cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;

- Cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;

- Cəmiyyətin xalis mənfəətindən dividend almaq;

- Cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;

- Mülki Məcəllə və qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.