Please ensure Javascript is enabled for purposes of website accessibility Vakansiya - Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis
Marketinq

Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis

← Bütün vakansiyalar
Şəhər:

Bakı

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali təhsil
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Proses yönümlülük;
  • Analitik düşüncə;
  • Rəqəmsal marketinq alətlərindən istifadə bacarığı;
  • Kopiraytinq, Aİ alətlərdən istifadə bacarığı;

 

İŞİN TƏSVİRİ:

  • Bankın rəqəmsal marketinq strategiyasının hazırlanması, inkişaf etdirilməsi və icrasının koordinasiyası
  • Rəqəmsal kanallarda (Google Ads, Meta Ads, LinkedIn Ads və s.) reklam kampaniyalarının planlanması, qurulması, optimizasiyası və nəticələrinin təhlili
  • SEO və SEM fəaliyyətlərinin idarə edilməsi, sayt və mobil tətbiq üzrə trafikin artırılmasına yönəlik təşəbbüslərin həyata keçirilməsi
  • Sosial media platformalarının idarə olunması, kontent planının hazırlanması və icrasının nəzarətdə saxlanılması
  • Bank məhsulları üçün rəqəmsal satış kanallarının qurulması, izlənməsi və təkmilləşdirilməsi
  • Rəqəmsal kampaniyaların performans göstəricilərinin (CPC, CTR, CPL, CPA və s.) mütəmadi analizi və hesabatların hazırlanması
  • Sayt analitikası (Google Analytics, GTM və digər alətlər) vasitəsilə istifadəçi davranışlarının təhlili və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi
  • E-mail marketing, SMS və push bildiriş kampaniyalarının hazırlanması və icrası
  • Brendin rəqəmsal mühitdə görünürlüğünün artırılması və rəqib analizlərinin aparılması
  • İT, Biznes və digər aidiyyəti şöbələrlə əməkdaşlıq edərək rəqəmsal layihələrin idarə olunması
  • Yeni rəqəmsal trendlərin izlənilməsi, innovativ həllər və təşəbbüslərlə çıxış etmək

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis” qeyd edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Vakansiya üçün müraciət edin

Marketinq - Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis

Şəhər:

Bakı

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:
CV forması yüklə