Please ensure Javascript is enabled for purposes of website accessibility Vakansiya - Qeyri-Maliyyə Riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis
Risklərin idarə edilməsi strukturu

Qeyri-Maliyyə Riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

← Bütün vakansiyalar
Şəhər:

Bakı

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

 

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, Risklərin idarə edilməsi, Biznesin idarəedilməsi və ya əlaqədar sahələr üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlük sayılır));
  • Qeyri-maliyyə risklərinin (əməliyyat, uyğunluq, reputasiya, İT/kiber, ESG) idarə edilməsi minimum 1 illik iş təcrübəsi;
  • Bank əməliyyatları və tənzimləyici qaydaları haqqında biliklər;
  • MS Office proqramlarında (Excel, PowerPoint, Word) yüksək səviyyəli işləmə bacarığı;
  • Güclü ünsiyyət və əməkdaşlıq bacarığı, müxtəlif bölmələrlə effektiv işləmək qabiliyyəti;
  • Güclü analitik düşünmə və problem həll etmə bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.

 

İŞİN TƏSVİRİ:

  • Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və qaydaları bilmək;
  • Qeyri-maliyyə risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi üzrə mövcud metodolgiyanın tətbiqi və inkişaf etdirilməsi, risklərinin idarə olunması prosesində risklərin azaldılması, ötürülməsi və qarşının alınması ilə bağlı təkliflərin verilməsi;
  • Yeni xidmət və məhsullar, qayda və prosedurlar, biznes proseslər üzrə risk əsaslı rəylərin verilməsində iştirak;
  • İnsidentlərin bazasının, eləcə də itki məlumat bazasının təkmilləşdirilməsi və tətbiqində iştirak.

 

 Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Qeyri-Maliyyə Riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Vakansiya üçün müraciət edin

Risklərin idarə edilməsi strukturu - Qeyri-Maliyyə Riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

Şəhər:

Bakı

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:
CV forması yüklə