Please ensure Javascript is enabled for purposes of website accessibility POS-terminallarla iş üzrə təlimat

POS-terminallarla iş üzrə təlimat

 

   - Hər hansı satış nöqtəsində ( məsələn: restoran, hotel, idman klubu və s) Pos-terminal  vasitəsilə əməliyyatı yerinə yetirən satıcının gözdən itməməsinə diqqət yetirin;

   - Əməliyyat zamanı  POS-terminala PİN-kod daxil edilməsi tələb olunarsa, bunu kənar şəxslərin görməməsi şərti ilə ehtiyyatla edin. Əks halda, kənar şəxs sizin PİN-kodu görər və ödəniş kartını oğurlayaraq, asanlıqla bankomatdan hesabınızda qalan məbləği nağd şəkildə çəkə bilər;

   - Hər ehtimala qarşı hər zaman PİN-kodunuzu, bankın qaynar xətt nömrəsini (nömrə ödəniş kartının arxasında qeyd edilmişdir) və Sizi kart sahibi kimi müəyyən edən xüsusi “kod sözü” - nü ödəniş kartı ilə bir yerdə saxlamayın. Əks halda bütün sadalan məlumat Sizə ödəniş kartınız itirilən və ya oğurlanan zaman baş verə biləcək maliyyə itkisindən qorunmaq üçün kömək edəcək;

   - Hər hansı satış nöqtəsində alış-veriş edərkən, əməliyyatın POS-terminal vasitəsilə məhz Sizin iştirakınız olmaqla keçməsini tələb etməyə haqqınız vardır;

   - POS-terminal vasitəsilə əməliyyat keçirərkən, bir əlinizlə PİN-kodu yiğmağınız, digəri ilə isə klaviaturanı bağlamağınız məqsədə uyğundur. Əks halda kassir və ya digər şəxslərin Sizin PİN-kodunuzu görmək ehtimalı böyükdür;

   - POS-terminal vasitəsilə əməliyyatı 2 (iki) üsulla həyata keçirə bilərsiniz:

   - PİN-kod daxil edilmədikdə:  Əməliyyatın sonunda kassir Sizdən əməliyyat qəbzinin üzərində imza atmağınızı xahiş edəcək. Qəbz üzərində çəkilən imza  əməliyyatın həqiqətən Sizin tərəfdən keçirildiyini təsdiq edir.

   - PİN-kod daxil edilməklə:  Əməliyyat zamanı  kassir Sizdən PİN-kod daxil etməyinizi xahiş edəcək. Əməliyyat sonunda isə əlavə olaraq, qəbzə imza atmanızı xahiş edə bilər.

   - Qəbz üzərinə imza atmazdan öncə, orada qeyd olunan satış məbləğinin doğru olub-olmamağına əmin olun;

   - Əməliyyat sonunda hər zaman əməliyyatın uğurla keçməsini təsdiq edən qəbzin bir nüsxəsini götürməyi unutmayın. Qəbz, Sizə aşağıdakı hallarda kömək edə bilər:

   - Aldığınız malı geri qaytardıqda və ya xidmətdən razı olmadıqda.

   - Bank tərəfindən hesabınızdan silinən məbləğin doğru olub-olmadığını yoxlamaq üçün

   - Ödəniş kartınız üzərindən keçən əməliyyatların həqiqiliyini təsdiq etmək üçün.

   - Əgər əməliyyatı ilk öncə ödəniş kartı ilə keçirmək, daha sonra əməliyyatı dayandıraraq nağd ödəmək qərarına gəldinizsə, mütləq kassa qəbzini götürməyi unutmayın. Bu cür hal, Sizi hesabınızdan silinən qeyri-qanuni məbləğlərin Sizə aid olmadığını sübut etmək üçün kömək edə bilər.

   - Əməliyyatın sonunda ödəniş kartını kassirdən geri almağı unutmayın.

   - Heç bir halda, ödəniş kartınıza aid olan aşağıdakı həssas məlumatların digər şəxs tərəfindən nüsxələnməsinə icazə verməyin:

     PAN (ödəniş kartı üzərində olan 16 rəqəmli nömrə)

     CVV2/CVC2 ( ödəniş kartının arxa tərəfində yerləşən 3 rəqəmli kod)

     Exp.date / Valid Thru (ödəniş kartının bitmə tarixi)