Pərakəndə kreditlər üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis ("Qəbələ" filialı)
Tarix:
18 Apr, 2025
İş qrafiki:
Şəhər:
Qəbələ
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Qəbələ şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;
- Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
- Verilmiş kreditlərin monitorinqinin aparılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Pərakəndə kreditlər üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (Qəbələ filialı)” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiya üçün müraciət edin
Qəbələ Filialı - Pərakəndə kreditlər üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis ("Qəbələ" filialı)
Tarix:
18 Apr, 2025
Şəhər:
Qəbələ