Biznes Bankçılıq Mərkəzi
KOB kreditləri üzrə mütəxəssis\aparıcı\ baş mütəxəssis\bölmə rəhbəri (SME)
← Bütün vakansiyalar
Şəhər:
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (iqtisadiyyat / maliyyə);
- KOB kreditləri üzrə minimum 2 il iş təcrübəsi;
- Maliyyə təhlili etmək bacarığı;
- Kredit risklərinin qiymətləndirilməsi;
- MS Office (xüsusilə Excel) proqramlarını bilmək;
- Analitik düşünmə qabiliyyəti;
- Ünsiyyət və təqdimetmə bacarığı;
- Komandada işləmək və stresə davamlılıq;
İŞİN TƏSVİRİ:
- Bankın kredit məhsullarının təşviqatını aparmaq, müştərilərin tələb və təkliflərini dinləmək, maliyyə təhlilini aparmaq və mövcud bazar şəraitini nəzərə alaraq filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək
- Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
- Potensial müştərilərlə görüş və sahə ziyarətləri;
- KOB (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
- Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
- Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
- Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
- Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
- Fəaliyyəti ilə bağlı və rəhbərliyin tapşırığı ilə müxtəlif hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “KOB kreditləri üzrə mütəxəssis/aparıcı/ baş mütəxəssis/bölmə rəhbəri” qeyd edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiya üçün müraciət edin
Biznes Bankçılıq Mərkəzi - KOB kreditləri üzrə mütəxəssis\aparıcı\ baş mütəxəssis\bölmə rəhbəri (SME)