Please ensure Javascript is enabled for purposes of website accessibility Kart məlumatlarımızı fırıldaqçılardan necə qoruya bilərik?

Kart məlumatlarımızı fırıldaqçılardan necə qoruya bilərik?

← Bütün xəbərlər
Tarix:

19 May, 2021

Baxış sayı:

4292 nəfər

Hörmətli Müştəri, Özünüzü Fırıldaqçılardan qorumaq üçün aşağıdakı təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik:

  • Kart məlumatlarınızı (yəni kartın üzərindəki 16 rəqəmi, bitmə tarixini, CVV/CVC və PİN kodları) və bank tərəfindən göndərilən təhlükəsizlik şifrələrini 3-cü şəxslərlə paylaşmayaın.
  • Sizə zəng edib özünü bank, dövlət qurumu və ya tanınmış şirkətin nümayəndəsi kimi təqdim edən şəxslərə kart məlumatlarınızı bildirməyin.
  • Banka zəng etdikdə, bank əməkdaşına yalnız kartın üzərindəki 16 rəqəmli kodun ilk 2 rəqəmini və son 6 rəqəmini bildirin.

01**  ****  **23 4567 

  • Online ödənişlər üçün yalnız tanınmış və güvəndiyiniz 3D Secure proqramına qoşulmuş sayt / proqramlardan istifadə edin.
  • Hər zaman, e-poçt ünvanızı yoxlayın və mənbəyi məlum olmayan məktubları aldıqda onları açmayın. Çünki şübhəli linklərə keçid aldıqda, Siz dələduzların internet səhifələrinə yönəldilə bilərsiniz.
  • Şübhəli internet səhifələrindən və proqramlardan heç bir halda istifadə etməyin. Bu cür internet səhifələri/proqramlar dələduzlar tərəfindən məhz Sizin kart məlumatlarınızı oğurlamaq üçün yaradılır.
  • Ödənişi həyata keçirərkən, hər hansı bir internet səhifəsinin saxta olmasından şübhələnirsizsə, dərhal bankla əlaqə saxlayıb, bu barədə məlumat verin və həmin internet səhifəsini tərk edib, başqa səhifədən istifadə edin.
  • Bankomatdan istifadə edərkən ödəniş kartının daxil edlən hissəsinə mütləq diqqət yetirin. Hər hansı şübhəli və əlavə qurğu aşkar etdikdə, əməliyyatdan vaz keçin və Banka bu barədə məlumat verin.
  • SMS xəbərdarlıq xidmətinə qoşulun. Bu zaman avtomatik olaraq 3D Secure xidmətini də aktiv etmiş olursunuz. Nəticədə hər bir əməliyyat haqqında məlumatı dərhal sms vasitəsilə alacaqsınız və online ödənişlərin icrası üçün birdəfəlik parol əldə edəcəksiniz.

3D Secure Sistemi İnternetdə təhlükəsiz alış-verişi etmək imkanı yaradır. 3D Secure parolu olan kartla sahibindən başqa heç bir kəs İnternetdə ödəmə apara bilməz.

  • Kart hesablarınızın idarə olunması, nəzarəti və kartların bloklaşdırılması üçün Bankın İnternet/Mobile Bankinq xidmətindən istifadə edin.
  • İnternet/Mobile Bankinq xidmətinin yazıldığı cihazlara (mobil, kompüter və s) yalnız güvənli və lisenziyalı proqramları (o cümlədən antivirus) yükləyin, vaxtlı-vaxtında yenilənməsini təmin edin.
  • SMS xəbərdarlıq vasitəsi ilə Sizə hər hansı şübhəli əməliyyatın keçməsi ilə bağlı məlumat və ya onun təsdiqi üçün birdəfəlik kod göndərildikdə, dərhal Banka müraciət edib, kartı bloklaşdırın.
  • Kart itirildikdə və ya oğurlandıqda, kartı bloklaşdırmaq üçün dərhal aşağıdakı nömrələrə zəng edin:
  • 1545 (AFB Bank)
  • +994 12 565 65 56 (AFB Bank)
  • 194 (Azərikard)
  • +994 12 598 46 97 (Azərikard)
Tarix:

19 May, 2021

Baxış sayı:

4292 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.