Bank Sistemlərinin Təhlükəsizliyi üzrə Mütəxəssis/Aparıcı Mütəxəssis
Şəhər:
Bakı
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (Bakalavr);
- İnformasiya təhlükəsizliyi sahəsində 1 ildən az olmayan iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək;
- Active Directory, DNS, DHCP, WSUS, GPO və Linux ƏS üzrə biliklər;
- SIEM (qaydaların yazılması, log analizi) və EDR/Endpoint Security üzrə dərin biliklər;
- Şəbəkə təhlükəsizliyi prinsipləri, Web servislər və Verilənlər Bazası üzrə təməl biliklər.Aktual təhlükəsizlik təhdidləri və riskləri barədə məlumatlı olması;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
- SIEM Sisteminin idarə edilməsi və tətbiqi (qaydaların yaradılması, log mənbələrinin idarə edilməsi və qoşulması, yeni DSM-lərin yaradılması, yalnış müsbət ( false positive ) hadisələrin aşkarlanması və həlli);
- EDR/XDR Sisteminin idarə edilməsi və tətbiqi (BIOC və IOC-ların yaradılması, “endpoint”-lərin idarəolunması, yanlış müsbət( false positive hadisələrin həlli üçün düzgün istisnaların yaradılması, hesabatların hazırlanması));
- Mövcud servislərin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi;
- Təhlükəsizlik insidentlərinin araşdırılması, kök səbəb analizi və hesabatların hazırlanması;
- İnformasiya resurslarına giriş hüquqlarının təmin edilməsinə və onların istifadəsinə nəzarət və mövcud servislərin dayanıqlılığının təmin edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Bank Sistemlərinin təhlükəsizliyi üzrə mütəxəssis/aparıcı mütəxəssis ” qeyd edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiya üçün müraciət edin
İnformasiya Təhlükəsizliyi departamenti - Bank Sistemlərinin Təhlükəsizliyi üzrə Mütəxəssis/Aparıcı Mütəxəssis
Şəhər:
Bakı