Please ensure Javascript is enabled for purposes of website accessibility "AFB Bank" və " Gəncə Dövlət Universiteti "arasında əməkdaşlıq memorandumu imzalandı!

"AFB Bank" və " Gəncə Dövlət Universiteti "arasında əməkdaşlıq memorandumu imzalandı!

← Bütün xəbərlər
Tarix:

02 Nov, 2021

Baxış sayı:

4620 nəfər

“AFB Bank” və  “Gəncə Dövlət Universiteti” arasında

    əməkdaşlıq Memorandumu imzalandı!

 

“AFB Bank”  ASC və “Gəncə Dövlət Universiteti” arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Memorandum “AFB Bank”ASC –nin  İnzibati İdarəetmə Strukturunun direktoru Hafiz İbrahimov və “Gəncə Dövlət Universiteti”nin Rektorunun baş müşaviri Asif Cavadov tərəfindən imzalanıb.

“Regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir. “AFB Bank” olaraq, biz də Dövlət siyasətinə uyğun normalarla fəaliyyətimizi tənzimləməyi özümüzə borc bilirik. Buna görə də, Bankımızn xüsusi “Təcrübə proqramı” çərçivəsində ali təhsil ocaqları ilə qurulan əməkdaşlıqların sırasına yalnız paytaxt deyil, eləcə də regionlarda fəaliyyət göstərən ali məktəbləri də əlavə etməliyik”. Bu fikirləri “AFB Bank”ın səlahiyyətli nümayəndəsi, İnzibati İdarəetmə Strukturunun direktoru Hafiz İbrahimov  Memorandumla bağlı tədbirdə, çıxışı zamanı səsləndirmişdir.

Memorandumun şərtlərinə əsasən, “Gəncə Dövlət Universiteti”nin sonuncu kurs tələbələri və məzunları Təcrübə proqramına qoşularaq AFB Bankın “Gəncə” filialında real iş şəraitində təcrübə keçəcəklər. Proqramı uğurla başa vurmuş təcrübəçilərə Sertifikatlar təqdim ediləcək ki, gələcəkdə iş üçün müraciət zamanı artıq onların əllərində bank sahəsində müəyyən təcrübəsinin olmasını təsdiq edən sənədləri olacaqdır. Xüsusi istedadı, bacarığı ilə seçilən təcrübəçilər mövcud vakansiyalar üzrə işlə təmin oluna biləcəklər. Layihənin məqsədi, cəmiyyətimizin gələcəyi olan savadlı və özünə güvənən gənclərin  nəzəri biliklərinə  praktik  biliklər əlavə etməklə onları əsl peşəkar kimi yetişdirməkdir.

Qeyd edək ki,  bu “AFB Bank”ın “Təcrübə Proqramı ilə əlaqədar ali məktəblərlə qurduğu ilk əməkdaşlıq deyil. Daha öncə də Bankımız “Qərbi Kaspi Universiteti” ilə birgə bu proqramın əsasında  əməkdaşlıq memorandumu imzalayıb. Bundan sonra da Bankımız , həm Bakı şəhəri, həm də regionlardakı digər ali təhsil ocaqları ilə əməkdaşlıq münasibətləri qurmağı planlaşdırır.

Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı bankımızın sosial şəbəkələrdəki rəsmi hesablarından və ya 1545 Çağrı Mərkəzindən  əldə edə bilərsiniz.

Tarix:

02 Nov, 2021

Baxış sayı:

4620 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.