AFB Bank-dan "Novruz" kampaniyası

← Bütün xəbərlər
Tarix:

30 Jun, 2020

Baxış sayı:

200 nəfər

 

       Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC Novruz bayramı münasibətilə xüsusi kampaniyaya start verir.

      10-31 Mart tarixlərini əhatə kampaniya zamanı bankın bütün müştərilərinə nağd pul krediti daha sərfəli şərtlərlə təqdim olunacaq.

      “Novruz” kampaniyası ərzində kredit götürən hər kəsə illik faiz dərəcəsinə 2,5% (minimum illik faiz dərəcəsi 15,5%-dən az olmamaq şərtilə) endirim ediləcək. Kampaniyanın şərtlərinə əsasən, 15000 manata qədər kredit üçün zamin tələb olunmur.

      Qeyd edək ki,  nağd pul krediti 48 aya qədər təklif edilir, kreditin maksimal məbləği  isə  20 000 AZN-dir.

      Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Tarix:

30 Jun, 2020

Baxış sayı:

200 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala: