“AFB Bank”-dan “Dövlət qulluğu” kampaniyası
Tarix:
15 Oct, 2019
Baxış sayı:
4820 nəfər
“Hər kəs üçün eyni” şüarı altında müştərilərinə yüksək səviyyədə xidmət göstərməyi, bu istiqamətdə təklif və məhsullarını artırmağı özünə məqsəd seçən AFB Bank, bu dəfə xüsusi endirimli “Dövlət qulluğu” kampaniyasına start verir.
16 Oktyabr-15 Noyabr tarixlərini əhatə edəcək kampaniya rəsmi əməkhaqqı kartı AFB Bank-da olan və olmayan bütün dövlət qulluqçularına şamil edilir. “Dövlət qulluğu” kampaniyası çərçivəsində kreditlər komissiyasız və 2% endirimlə rəsmiləşdiriləcək.
Maksimum müddəti 48 ay, illik 18%-dən başlayan kredit kampaniyasından ən azı 6 ay davamlı iş təcrübəsi olan Dövlət qulluqçuları yararlana bilərlər. Kampaniya çərçivəsində kredit qismində təqdim ediləcək maksimal məbləğ 15 000 manatdır.
Daha ətraflı məlumat üçün 1545 zəng mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.