Please ensure Javascript is enabled for purposes of website accessibility Vakansiya - Xəzinədarlıq üzrə baş mütəxəssis/bölmə rəhbəri
Xəzinədarlıq

Xəzinədarlıq üzrə baş mütəxəssis/bölmə rəhbəri

← Bütün vakansiyalar
Şəhər:

Bakı

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

 

  • Ali təhsil (Maliyyə və iqtisad sahəsi üzrə);
  • Bank sektorunda müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
  • MS Office proqramlarında işləmək bacarığı, Excel yüksək səviyyədə bilmək;
  • Xarici fondlarla iş təcrübəsi;
  • Qeyri-standart şəraitdə çevik və dəqiq reaksiya vermə qabiliyyəti;
  • Ciddi nəzarət etmək qabiliyyəti.

 

İŞİN TƏSVİRİ:

 

  • Filiallara valyuta satış və filiallardan valyuta alış məzənnələrini müəyyənləşdirərək daxil olan sifarışləri icra etmək;
  • Bağlanılmış əqdlərin reystrinin aparılmasını tamin etmək;
  • Günün sonunda açıq olan filiallar arası hesablaşmalar hesabını bağlamaq;
  • Lazımi hesabatların hazırlanıb uçot və hesabat şöbəsinə verilməsini təmin etmək;
  • İnvestisiya qərarlarının alınması məqsədi ilə bankın maliyyə fəaliyyəti ilə bağlı informasiyanı təhlil etmək;
  • Daha əlverlişli vaxtda və şərtlərdə investisiyanın həyata keçirilməsi üçün investisiya risklərində və iqtisadi hadisələrdəki tendensiyanın müəyyənləşdirilməsi məqsədi ilə maliyyə alətlərinin qiymətləri haqqında informasiyanı təhlil etmək;
  • Alqı-satqı əməliyyatlarının və investisiyanın həyata keçirilməsi vaxtı ilə bağlı tövsiyyələr vermək;
  • Gələcəkdəki gəlir və xərclərin hesablanması məqsədi ilə bankın fəaliyyəti ilə bağlı maliyyə informasiyasının sistematik təhlilini həyata keçirmək;
  • Bankın fəaliyyətinin riyazi-statistik diaqram və qrafiklərlə təsvirini əhatə edən maliyyə hesabatlarını tərtib etmək;
  • Maliyyə bazarlarının vəziyyətini təhlil etmək və qiymətləndirmək;
  • İqtisadiyyatın müxtəlif sahələrindəki mühüm hadisələri və müasir tendensiyaları, iqtisadiyyat, maliyyə və qiymətli kağızlar bazarındakı yeni elmi araşdırmaları yaxından izləməlidir.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Xəzinədarlıq üzrə baş mütəxəssis/bölmə rəhbəri” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Vakansiya üçün müraciət edin

Xəzinədarlıq - Xəzinədarlıq üzrə baş mütəxəssis/bölmə rəhbəri

Şəhər:

Bakı

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:
CV forması yüklə

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.