Please ensure Javascript is enabled for purposes of website accessibility Törəmə maliyyə alətləri

Törəmə maliyyə alətləri

Törəmə maliyyə alətləri

 

Törəmə maliyyə alətləri - Birja platformasının tərkib hissəsi olmaqla fond bazarında olan ikinci növ qiymətli kağızlardır. Sizin Bankınız istiqrazlar və valyutalar üzrə bu xidməti təklif edir. Forward törəmə maliyyə alətidir və gələcəkdə müəyyən edilmiş qiymətə qiymətli kağızları və valyutaları almaq və ya satmaq üçün öhdəlikdir. Forward tərəflər arasında birjadan kənar bağlanan müqavilədir. AFB Bank ın müştəriləri aşağıdakı forvard müqavilələrini əldə edə bilərlər.

1) Xarici valyuta Forvard müqavilələri

2) Forvard faiz dərəcəsi müqavilələri

 

Xarici valyuta Forvard müqavilələri

Xarici valyuta forvard müqavilələrində iki valuyuta arasındakı məzənnə müqavilənin bağlanıldığı gün gələcək tarix üçün müəyyən edilir. Müqavilənin tərəfləri olan bank və şirkət gələcəkdə müqavilənin müddət sonunda hansı valyutanın alınıb-satılacağını, beynəlxalq valyuta bazarlarındakı cari qiymətə görə əməliyyatın məzənnəsini müqavilə ilə müəyyənləşdirir. Müqavilənin şərtlərinin birtərəfli şəkildə dəyişdirilməsi və ya ləğv edilməsi mümkün deyil. Müqavilənin müddət sonunda əməliyyat həmin günün cari məzənnəsindən asılı olmayaraq müqavilə ilə razılaşdırılmış məzənnə ilə aparılır. 

 

Forvard faiz dərəcəsi müqaviləsi

Forvard faiz dərəcəsi müqaviləsi gələcəkdə hər hansı bir tarix üçün xəyali depozit və ya kredit məbləği üçün faiz dərəcəsinin bu gün müəyyənləşdirilməsidir. Müəyyənləşdirilən faiz dərəcəsi gələcəkdəki tarixdə pul bazarındakı cari qiymətdən asılı olaraq təyin edilir. Forvard faiz dərəcəsi tərəflərdən birinin digərinə kompensasiya ödəməsi ilə yekunlaşdırılır.

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.