Please ensure Javascript is enabled for purposes of website accessibility Vakansiya - Təlim və inkişaf üzrə aparıcı mütəxəssis
İnzibati idarəetmə strukturu

Təlim və inkişaf üzrə aparıcı mütəxəssis

← Bütün vakansiyalar
Şəhər:

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali təhsil;
  • Minimum 1-2 il təlim, inkişaf və ya HR sahəsində iş təcrübəsi;
  • İşçi inkişafı və öyrənmə proseslərinə yönümlü düşüncə tərzi;
  • Azərbaycan dilində yüksək səviyyədə yazı və danışıq bacarığı;
  • Güclü təqdimat, kommunikasiya və fasilitasiya bacarıqları;
  • Öyrənmə metodologiyaları, yetkinlərin təlim prinsipləri və inkişaf trendləri barədə biliklər;
  • Təlim ehtiyaclarının müəyyən edilməsi, kontent hazırlanması və effektiv ölçmə metodları ilə tanışlıq;
  • Komanda ilə işləmə və əməkdaşlıq bacarığı;
  • Analitik düşüncə, detallara diqqət və vaxtında icra qabiliyyəti.

 

İŞİN TƏSVİRİ:

  • Bankın təlim və inkişaf siyasətinə riayət olunmasını təmin edir;
  • Təlim sisteminin qurulması, tətbiqi və təkmilləşdirilməsini icra edir;
  • Təlimlərin illik planının tərtib edilməsi işini həyata keçirir;
  • Bankda adaptasiya sisteminin tətbiqinə dəstək verir və işə yeni qəbul olunmuş işçilərin adaptasiyasını həyata keçirir;
  • Əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması və təlimləndirilməsi işini təşkil edir;
  • Bankın daxili təlimçilər komandasının formalaşdırılması və sistemli olaraq daxili təlimlərin həyata keçirilməsi işinin təşkilində iştirak edir;
  • Əməkdaşların bacarıq və potensialını inkişaf etdirmək üçün təşkilati inkişaf proqramlarının hazırlanması və tətbiqi;
  • Bankın struktur və proseslərinin optimallaşdırılması məqsədilə dəyişiklik idarəçiliyi və inkişaf layihələrinin həyata keçirilməsinə dəstək.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Təlim və İnkişaf üzrə aparıcı mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

 

Vakansiya üçün müraciət edin

İnzibati idarəetmə strukturu - Təlim və inkişaf üzrə aparıcı mütəxəssis

Şəhər:

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:
CV forması yüklə

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.