Sürətli qarantiya

Sizin Bankınızın “Sürətli qarantiya” məhsulu risklərin sığortalanmasının bir növüdür. Belə sığortalanmanın mahiyyəti ondan ibarətdir ki, müqavilə iştirakçısının xahişi ilə tərəflər arasında bağlanan müqavilə üzrə riskləri bank öz üzərinə götürür. “Sürətli qarantiya” Sizə vaxta qənaət edərək həm ölkədaxili həm də beynəlxalq bazarlarda uğurlu biznes qurmaqda köməkçi olacaq.