Please ensure Javascript is enabled for purposes of website accessibility Vakansiya - Şəbəkənin idarə edilməsi üzrə aparıcı mütəxəssis
İT strukturu

Şəbəkənin idarə edilməsi üzrə aparıcı mütəxəssis

← Bütün vakansiyalar
Tarix:

30 Dec, 2024

İş qrafiki:

Şəhər:

Bakı

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

  

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

 

  • Ali təhsil;
  • Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
  • MS  Excel, Visio, Teams, Outlook, Putty, Secure CRT, MobaXterm üzrə yaxşı səviyyədə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
  • Müvafiq sahədə beynəlxalq sertifikatlar arzuolunandır;
  • Diqqətli və məsuliyyətli olmaq.

 

İŞİN TƏSVİRİ:

  • Bankın şəbəkəsinin idarə olunmasını, təkmiləşdirmə işlərini və dəstəyini təmin edir;
  • Server avadanlıqları, sistemləri və şəbəkə avadanlıqları (router, switch və s.), təhlükəsizlik avadanlıqları (firewall və s.) quraşdırır və konfiqurasiya edir;
  • Bankda bütün istifadə olunan İT platformalara əməliyyatları üçün 24/7 iştəməyi təmin etmək;
  • Nutanix HCİ infrastruktur şəbəkəsinin idarə olunmasında iştirak edir və nəzarət edir;
  • Bankın korporativ şəbəkəyə aid İnformasiya təhlükəsizliyinin müraciətlərin uçotunu, bütün nasazlıqların ilkin təhlilini aparmaq və nəticələrinin daha dərindən təhlil edilməsi üçün İT rəhbərliyinə çatdırılmasını təmin edir;
  • Bankda şəbəkədə təhlükəsizlik xidmətinin göstərilməsini və qüsurların aradan qaldırılmasını təmin edir;
  • Bankda mövcud sistemlər üzrə təhlükəsizlik avadanlıqlarının daima işlək vəziyyətdə olmasını, onlara texniki xidmət göstərilməsini təmin edir;
  • Şəbəkə avadanlığı və informasiya təhlükəsizliyi avadanlıqlarında yeniləmələrin (updates, patches və s.) quraşdırır;
  • Bankın İP telefoniya sisteminin fasiləsiz işləkliyini təmin etmək üçün sistem administratorları ilə bir yerdə dəstək göstərir;
  • İnformasiya təhlükəsizliyinin şəbəkə və şəbəkə təhlükəsizliyi standartlarına əsasən yeni konfiqurasiyalar və mövcud konfiqurasiyalarda dəyişiklik və ya yenilik edir;
  • İT və Rəqəmsal sahəyə aid layihələrdə işçi qruplarda iştirak edir;
  • İT və İnformasiya təhlükəsizliyinin təlimatlara, siyasətlərə, prosedurla və qaydalarına əməl edir;
  • Şəbəkə və ona dair sistemlərivə proqramlarını İT və İnformasiya təhlükəsizlik təlimatlara, siyasətlərə, prosedur və qaydalarına uyğun olaraq informasiya təhlükəsizliyini həyata keçirir və əməl edir;
  • Texniki dəstək üzrə işçilərə sistem və şəbəkə yönümlü dəstək verilməsini təmin edir;
  • Bankın proqram təminatı üzrə işçiləri ilə bir yerdə planlanmış şəkildə Banka aid servislərin təhlükəsizlik standartlarına uyğun daxili və xarici istifadəsini  təmin edir;
  • Əsas və Ehtiyat mərkəzinin şəbəkə fasiləsizliyini təmin edir və daim nəzarətdə saxlayır;
  • Bankın daxili qaydaları ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirir və tələblərə riayət edir;
  • Direktorun və menecerin ona həvalə etdiyi digər işləri icra edir və onlara hesabat verir.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Şəbəkənin idarə edilməsi üzrə aparıcı mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Vakansiya üçün müraciət edin

İT strukturu - Şəbəkənin idarə edilməsi üzrə aparıcı mütəxəssis

Tarix:

30 Dec, 2024

Şəhər:

Bakı

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:
CV forması yüklə

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.