Please ensure Javascript is enabled for purposes of website accessibility Vakansiya - Proses Analitiki
← Bütün vakansiyalar
Tarix:

22 May, 2025

İş qrafiki:

Şəhər:

Bakı

Hüquq strukturu, Metodologiya bölməsi

 

Vəzifə: Proses Analitiki

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

 AFB Bank olaraq, bankda proses mərkəzli idarəetmə modelinin qurulması məqsədilə təşəbbüskar və sistemli düşüncə qabiliyyətinə malik Proses Analitiki axtarırıq. Bu vəzifə bankdaxili biznes proseslərin təhlili, optimallaşdırılması və sənədləşdirilməsində mühüm rol oynayır.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali təhsil (idarəetmə, iqtisadiyyat, tətbiqi riyaziyyat və ya əlaqədar sahələr);
  • Proses analizi və sənədləşdirilməsi sahəsində 2 ildən artıq təcrübə;
  • BPMN və ya digər modelləşdirmə dillərinə ilkin bələdlik;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə və strukturlaşdırma bacarığı;
  • Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
  • İngilis dili biliyi – minimum B1 səviyyəsində.
  • Riyazi və maliyyə təhlili bilikləri, Agile, Lean və Six Sigma anlayışlarına bələdlik əlavə üstünlükdür

 

İŞİN TƏSVİRİ:

  • Cari biznes proseslərinin (AS-IS) təhlili və strukturlaşdırılmış formada sənədləşdirilməsi;
  • Proses iştirakçıları ilə görüşlər və məlumat toplama sessiyalarının təşkili;
  • Gələcək vəziyyətin (TO-BE) əsas konturlarının formalaşdırılması və təkmilləşdirmə təkliflərinin hazırlanması;
  • Sadə modelləşdirmə alətləri (Visio, Bizagi və s.) vasitəsilə əsas proses xəritələrinin tərtibi;
  • Proseslər üzrə əsas rolların və funksiyaların aydınlaşdırılması;
  • Proses sənədlərinin (təlimat, prosedur və s.) hazırlanmasına və dövri yenilənməsinə dəstək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Proses Analitikiqeyd edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Vakansiya üçün müraciət edin

Biznes proseslərinin idarə edilməsi - Proses Analitiki

Tarix:

22 May, 2025

Şəhər:

Bakı

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:
CV forması yüklə

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.