NCR” markalı bankomatlar üçün ehtiyyat hissələrinin satın alınması
Tarix:
15 Aug, 2024
Baxış sayı:
2238 nəfər
“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti
TENDER ELAN EDİR
Tenderin adı: “AFB BANK ” ASC tərəfindən “NCR” markalı bankomatlar üçün ehtiyyat hissələrinin satın alınması
Tenderin elan tarixi: 15.08.2024
Tenderin son tarixi : 26.08.2024
Satın alınacaq ehtiyyat hissələri:
- 6622 model bankomatın dispenserinin kəmərləri (Əsas və LVTD) -1 dəst
- 6625 model bankomatın dispenserinin kəmərləri (LVTD) -1 dəst
- 6622 model bankomatın dispenserinin kontroller platası -3 ədəd
- S1 dispenserinin pickline hissəsi-50 ədəd
- Kart oxuyucunun şatter hissəsi – 10 ədəd
- Kart oxuyucunun çip stansiyası – 5 ədəd
- 6625 model bankomatın kart oxuyucusunun kontroller platası – 2 ədəd
- Sistem bloku üçün elektrik qida bloku- 5 ədəd
- 6625 model bankomatın çek printerinin kəmərləri-10 ədəd
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
- tender təklifi 15.09.2024 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- Optimal qiymət təklifi;
- Zəmanət müddəti;
- Məhsulların originallığı;
- Sənədləşmənin tələb olunan qaydada təşkili;
- Çatdırılma müddəti;
Tenderdə iştirak etmək istəyənlər yuxarıda qeyd edilən sənədləri qiymət təklifi ilə birlikdə 26.08.2024- cü il tarixində saat 17:00-a kimi imzalanmış və möhürlənmiş halda qapalı zərfdə poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərilməlidir. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə (vusal.mehdiyev@afb.az ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.