Monitorinq üzrə mütəxəssis
Tarix:
18 Apr, 2025
İş qrafiki:
Şəhər:
Bakı
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (Maliyyə-kredit, iqtisadiyyat, riyaziyyat, statistika, biznesin idarə edilməsi və digər dəqiq və ya texniki sahələr üzrə); ;
- Bankda biznes kreditləri üzrə minimum 2 illik iş təcrübəsi;
- Mikro, SME və Korporativ müştərilərin kreditləşməsi sahəsində nəzəri və praktiki biliklər;
- Müxtəlif biznes sahələrinin təhlili və bazarın vəziyyəti haqqında biliklər;
- Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar barədə biliklər;
- Kredit reytinq və skorinq sistemlərinin qurulmasını bilmək;
- Maliyyə təhlili sertifikatların olması üstünlükdür, maliyyə hesabatlarının tərtib olunması və analizi üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti və detallara qarşı diqqətli olma bacarığı;
- Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.
İŞİN TƏSVİRİ:
- Təsdiq edilmiş monitorinq planına uyğun olaraq kreditlərin monitorinqini həyata keçirir;
- Kredit portfelinin keyfiyyətinə nəzarət edir, bu məqsədlə plandan kənar monitorinqlər təşkil edir;
- Monitorinq olunmuş kreditlər üzrə Komitə qərarlarının icra olunmasına nəzərat edir;
- Monitorinq məqsədi ilə müştərilər ilə əlaqə saxlayır, birbaşa görüşlər həyata keçirir, monitorinqin növündən asılı olaraq tələb olunan məlumatlar əldə edib, təhlil edir;
- Monitorinqin nəticəsi barədə aktları hazırlayır, görülmüş işlərin reyestrini təşkil edir və nəzarət edir. Görülmüş işlər barədə menecerə hesabat verir;
- Mərkəzi Bankın normativ aktarı, Bankın daxili qaydaları və kredit məhsulları üzrə yeniliklər barədə daima məlumatlı olmalı və işində rəhbər tutmalıdır.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Monitorinq üzrə mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiya üçün müraciət edin
Risklərin idarə edilməsi strukturu - Monitorinq üzrə mütəxəssis
Tarix:
18 Apr, 2025
Şəhər:
Bakı