Mikro kreditlər üzrə Kiçik mütəxəssis\Mütəxəssis\Aparıcı Mütəxəssis\Baş Mütəxəssis
Tarix:
22 May, 2025
İş qrafiki:
Şəhər:
Vəzifə: Mikro kreditlər üzrə Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı Mütəxəssis/Baş Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı , Sumqayıt, Qəbələ, Gəncə.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İŞİN TƏSVİRİ:
- Mikro və Aqro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasının təmin edilməsi;
- Ərazi üzrə bank məhsullarının potensial müştərilərə çatdırılmasının təmin edilməsi;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfelinin formalaşdırılması və portfelin idarə edilməsi;
- Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması;
- Ümumi fəaliyyətə dair hesabatların hazırlanması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı Mütəxəssis/Baş Mütəxəssis (şəhər)” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiya üçün müraciət edin
Satış strukturu - Mikro kreditlər üzrə Kiçik mütəxəssis\Mütəxəssis\Aparıcı Mütəxəssis\Baş Mütəxəssis
Tarix:
22 May, 2025