Please ensure Javascript is enabled for purposes of website accessibility "MİDA" xətti ilə güzəştli ipoteka

"MİDA" xətti ilə güzəştli ipoteka

 

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondunun (ARİKZF) vəsaiti hesabına MİDA tərəfindən inşa edilən mənzillərin alınması üçün verilən güzəştli ipoteka krediti təklifi.

 

Kimlər əldə edə bilər?

 

“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan və həmin sistem vasitəsilə mənzili seçən aşağıdakı şəxslərin bu kreditdən istifadə etmək hüququ var:

 

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

  • Şəhid ailəsinin üzvü ( əri/arvadı, övladları )
  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ( özü, əri/arvadı, övladları )
  • Azərbaycanın Milli Qəhrəmanı ( özü, əri/arvadı, övladları )
  • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs
  • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
  • Ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs
  • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs
  • İdman sahəsində xüsusi xidmətləri olan şəxs ( fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi ( I yer ), beynəlxalq miqyaslı yarışların mükafatçısı ( I, II və ya III yer )

 

Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər:

  • Elmlər doktoru elmi dərəcəsi olan şəxs
  • Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
  • Ən azı 3 il hərbi xidmətdə olan ( müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa ), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları ( “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla )
  • Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs
  • Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər
  • Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs

 

Şərtlər:

  • Kredit Azərbaycan manatı ilə verilir
  • Kredit Azərbaycan Respublikasının vətəndaşına verilir
  • Kreditin son ödəniş tarixinə borcalanın ( borcalanların ) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaşı həddindən çox olmamalıdır
  • Alınan mənzil Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təsdiq olunmuş siyahıda olan müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir

 

*Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər

 

Kreditin məbləği

 

100 000 AZN - dək

İllik faiz dərəcəsi

 

4%

Minimal ilkin ödəniş

 

10 %

 

“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmaq üçün keçid linki

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.