Please ensure Javascript is enabled for purposes of website accessibility Vakansiya - Layihə Koordinatoru
← Bütün vakansiyalar
Tarix:

22 May, 2025

İş qrafiki:

Şəhər:

Hüquq strukturu, Metodologiya bölməsi

 

Vəzifə: Layihə Koordinatoru

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

 

AFB Bank dinamik inkişaf edən təşkilat kimi daxili transformasiya və strateji təşəbbüsləri reallaşdırmaq məqsədilə Layihə Koordinatoru vəzifəsinə peşəkar namizəd axtarır. Bu rol çərçivəsində Koordinator layihələrin planlaşdırılması, icrası və izlənməsi proseslərində iştirak edir və funksional komandalar arasında koordinasiyanı təmin edir.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Layihələrin planlaşdırılması, icrası və nəticə yönümlü tamamlanmasında iştirak;
  • Layihə planlarının (əhatə dairəsi, zaman qrafiki, resurslar) hazırlanması və gündəlik icrasına nəzarət;
  • Layihə risk və imkanlarının müəyyənləşdirilməsi və onların idarə olunmasına dəstək;
  • Maraqlı tərəflərlə effektiv əlaqə qurulması və kommunikasiya fəaliyyətlərinin təşkili;
  • İrəliləyiş hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Layihə sənədlərinin hazırlanması və arxivləşdirilməsi.

 

İŞİN TƏSVİRİ:

  • Ali təhsil (idarəetmə, iqtisadiyyat, informasiya texnologiyaları və ya digər uyğun sahələr);
  • Layihə idarəetməsi sahəsində ən azı 1-2 il təcrübə;
  • PMP və ya digər layihə idarəetmə sertifikatlarına malik olmaq üstünlükdür;
  • Layihə idarəetmə metodologiyaları (PMBOK, Agile/Scrum) üzrə əsas biliklər;
  • MS Office proqramlarında (xüsusilə Excel) və layihə idarəetmə platformalarında işləmək bacarığı (məsələn, Jira, MS Project);
  • Yaxşı təşkilatçılıq və ünsiyyət bacarıqları;
  • İngilis dili biliyi – minimum B1 səviyyəsində.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Layihə Koordinatoruqeyd edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Vakansiya üçün müraciət edin

Biznes proseslərinin idarə edilməsi - Layihə Koordinatoru

Tarix:

22 May, 2025

Şəhər:

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:
CV forması yüklə

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.