Kreditlərin anderraytinqi üzrə aparıcı/baş mütəxəssis
Tarix:
18 Apr, 2025
İş qrafiki:
Şəhər:
Bakı
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
- GNİ elektron bank sistemində, MSOffice proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
- Borcalanın gəlirliliyinə və ödəniş qabiliyyətinə təsir edə biləcək faktorların təhlili üzrə biliklər;
- Borcalanlar və sektorlar üzrə tədqiqat aparmaq qabiliyyəti.
İŞİN TƏSVİRİ:
- Bank sektoru üzrə normativ-hüquqi baza barədə məlumatlı olmaq, Mərkəzi Bankın normative hüquqi aktlarını dərindən bilmək;
- Biznes kreditlərinin təhlili, kreditlərin anderraytinqi sahəsində ən azı 2-3 il iş təcrübəsi;
- Mikro, KOS və Korporativ müştərilərin kreditləşməsi sahəsində dərin nəzəri və praktiki biliklər;
- Maliyyə hesabatlarının tərtib olunması və analizi üzrə dərin biliklər;
- Müxtəlif biznes sahələrinin təhlili və bazarın vəziyyəti haqqında biliklər;
- Analitik düşüncə qabiliyyəti və detallara qarşı diqqətli olabilmə;
- İri kreditlərin qiymətləndirilməsini və monitorinqini bilmək;
- Kredit risklərinin qiymətləndirilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kreditlərin anderraytinqi üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiya üçün müraciət edin
Risklərin idarə edilməsi strukturu - Kreditlərin anderraytinqi üzrə aparıcı/baş mütəxəssis
Tarix:
18 Apr, 2025
Şəhər:
Bakı