Kredit inzibatçılığı və sənədləşmə üzrə mütəxəssis/aparıcı mütəxəssis
Tarix:
09 May, 2025
İş qrafiki:
Şəhər:
Bakı
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
- MS Office proqramları, SWIFT sistemi üzrə biliklər;
- Nəticəyönümlülük, Dəqiqlik, Problem həlletmə bacarığı, Əməliyyat çevikliyi.
İŞİN TƏSVİRİ:
- Qarantiyaların açılması, təsdiqi, avizo edilməsi və bankdaxili əməliyyat yığılması;
- Akkreditivlərin açılması, təsdiqi, avizo edilməsi və transferi, akkreditivlərlə hesablaşmalar üzrə digər əməliyyatların (şərtlərin dəyişdirilməsi, sənədlərin yoxlanılması, ödənişlərin həyata keçirilməsi) aparılması;
- Daşınar və daşınmaz əmlakların girova götürülməsi, girovun dəyişdirilməsi və girovdan azad olunması ilə bağlı işlərin icrası;
- Bütün növ sərəncamlar əsasında hesabların bloklaşdırılması və blokdan açılması, hesablardan silinmələrin aparılması;
- Sənədli əməliyyatlar üzrə SWIFT sistemi vasitəsilə yazışmaların aparılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit inzibatçılığı və sənədləşmə üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiya üçün müraciət edin
Əməliyyatlar strukturu - Kredit inzibatçılığı və sənədləşmə üzrə mütəxəssis/aparıcı mütəxəssis
Tarix:
09 May, 2025
Şəhər:
Bakı