Kredit inzibatçılığı üzrə kiçik mütəxəssis ("Nərimanov" filialı)
Tarix:
25 Jul, 2025
İş qrafiki:
Şəhər:
Bakı
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İŞİN TƏSVİRİ:
- Kredit verilməzdən əvvəl kreditə aid zəruri sənədlərin toplanmasını təmin etmək;
- Müştəri müraciəti zamanı bütün müvafiq sənədlərin düzgünlüyünü və etibarlılığını yoxlamaq;
- Müştərinin müraciət formasının qaydalara uyğun, tam və düzgün doldurulmasını yoxlamaq;
- Müsbət qərar verilmiş kredit müraciətlərinin müvafiq bankdaxili sistemə əlavə edilməsini icra etmək;
- Kredit sənədlərinin arxivləşdirilməsini həyata keçirmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit inzibatçılığı üzrə kiçik mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiya üçün müraciət edin
Filial / Şöbə - Kredit inzibatçılığı üzrə kiçik mütəxəssis ("Nərimanov" filialı)
Tarix:
25 Jul, 2025
Şəhər:
Bakı