Korporativ kreditlər üzrə mütəxəssis
Tarix:
30 Dec, 2024
İş qrafiki:
Şəhər:
Bakı
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri (Baş Ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Bank sahəsində minimum 1 il iş təcrübəsi;
- Korporativ kreditlər sahəsində təhlil bilikləri (Mənfət-zərər, balans, Cash flow)
- MS Office proqramlarında (xüsusilə, MS Excel) işləmək bacarığı;
- Müştəri bazasını idarəetmə qabiliyyəti;
- Müştərin məlumatların toplanması və təhlili bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İŞİN TƏSVİRİ:
- Bankdaxili prosedurlara uyğun olaraq müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
- Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni satış metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
- Məhsullar, xidmətlər, onların şərtləri və tarifləri, satış standartları ilə bağlı əmr, qərar, sərəncam, məktub və digər normativ, habelə tövsiyə xarakterli məlumatlarla işləmək və bankın kredit məhsullarının satışında birbaşa iştirak etmək;
- Müştəri, Fondlar, özəl və digər dövlət orqanlarının müraciətləri üzrə sorğuların operativ icrası məqsədilə Bankın aidiyyatı strukturları ilə daimi əlaqədə olmaq;
- Məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının həyata keçirilməsində aktiv iştirak etmək;
- Dövrü hesabatların hazırlanması və təhlili;
- Mövcud, yeni yaradılmış bank məhsulları barədə müxtəlif kommunikasiya kanalları vasitəsilə potensial müştərilərə məlumatın çatdırılmasında iştirak etmək;
- Ümumi Bank üzrə formalaşmış kredit portfelinin cari vəziyyətinin nəzarət olunmasında birbaşa iştirak etmək;
- Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiya üçün müraciət edin
Müştəri Xidməti strukturu - Korporativ kreditlər üzrə mütəxəssis
Tarix:
30 Dec, 2024
Şəhər:
Bakı