Komplayns üzrə aparıcı/baş mütəxəssis
Tarix:
23 Jul, 2025
İş qrafiki:
Şəhər:
Bakı
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
- MS Office proqramları üzrə (xüsusilə, MS Excel) yüksək səviyyəli praktiki bacarıqlar;
- CAMS sertifikatına sahib olmaq arzuolunandır;
- Məsuliyyətlilik, dəqiqlik, gərgin iş rejimində işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
- Şübhəli əməliyyatlar barədə maliyyə monitorinq orqanına hesabat və məlumatların hazırlanması;
- Müştəri profil məlumatlarının düzgünlüyünə nəzarət;
- Qeyri-adi və şübhəli əməliyyatların aşkarlanması üçün əməliyyatların təhlili;
- Maliyyə Monitorinq Xidmətindən daxil olan sorğuların cavablandırılması;
- Müştərilərin risk kateqoriyasına uyğun olaraq onların profil məlumatlarının yenilənməsi;
- Müştərilərin və əməliyyatın tərəflərinin sanksiya tətbiq olunan şəxslər üzrə yoxlanılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Komplayns üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiya üçün müraciət edin
Daxili nəzarət və komplayns strukturu - Komplayns üzrə aparıcı/baş mütəxəssis
Tarix:
23 Jul, 2025
Şəhər:
Bakı