Kompensasiya ilə bağlı elan
Tarix:
23 Apr, 2019
Baxış sayı:
4507 nəfər
Hörmətli müştərilər!
Bildiyiniz kimi, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən 2015-ci ildə baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin kompensasiya edilməsi prosesinə başlanılmışdır.
Bununla bildiririk ki, AFB Bank-ın müştəriləri üçün hesablanmış və elan edilmiş kompensasiya məbləği kart hesablarına köçürülmüşdür. Banka müraciət etməklə müştərilərimiz heç bir xidmət haqqı ödəmədən ödəniş kartını əldə edə və kompensasiya məbləğini ala bilər.