Please ensure Javascript is enabled for purposes of website accessibility Vakansiya - Kargüzar
← Bütün vakansiyalar
Şəhər:

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali təhsil;
  • Kargüzarlıq və sənəd dövriyyəsi sahəsində minimum 1 il iş təcrübəsi;
  • Kargüzarlıq və sənəd dövriyyəsi üzrə normativ sənədlər və daxili qaydalar barədə biliklər;
  • Sənədlərin qeydyyatı, yönləndirilməsi, nəzarəti və arxivləşdirilməsi üzrə təcrübə; 
  • İclas və görüş protokollarının hazırlanması və icrasına nəzarət etmək bacarığı;
  • Rəsmi yazışma və sənəd formalaşdırma qaydalarına bələdlik;
  • Diqqətli, məsuliyyətli, operativ və nizam-intizamlı olmaq;
  • MS Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
  • Azərbaycan dili – əla; əlavə dil bilikləri (rus və ya ingilis) üstünlükdür.

 

İŞİN TƏSVİRİ:

  • Daxil olan və çıxan sənədlərin qeydiyyatını aparmaq, aidiyyəti üzrə yönləndirmək;
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların və sənədlərin icra vəziyyətinə nəzarət etmək;
  • Rəsmi yazışmaların hazırlanmasında və qeydiyyatında iştirak etmək;
  • İclas, görüş və müşavirələrin protokollarını hazırlamaq və onların icrasına nəzarət etmək;
  • Sənədlərin arxivləşdirilməsini və saxlanmasını təşkil etmək;
  • Elektron və kağız daşıyıcılarda sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
  • Daxili sənəd dövriyyəsi və kargüzarlıq üzrə qaydalara riayət olunmasına nəzarət etmək;
  • Sənədlərin məxfiliyini və bütövlüyünü qorumaq;
  • Digər struktur bölmələrlə sənəd mübadiləsini əlaqələndirmək;
  • İş fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kargüzar” qeyd edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

 

Vakansiya üçün müraciət edin

Hüquq strukturu - Kargüzar

Şəhər:

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:
CV forması yüklə

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.