Please ensure Javascript is enabled for purposes of website accessibility Vakansiya - İnsan Resursları – Performansın idarəedilməsi üzrə baş mütəxəssis
İnzibati idarəetmə strukturu

İnsan Resursları – Performansın idarəedilməsi üzrə baş mütəxəssis

← Bütün vakansiyalar
Tarix:

18 Apr, 2025

İş qrafiki:

Şəhər:

Bakı

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

 

  • Ali təhsil;
  • Bank sektorunda müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus və ingilis dilini bilmək üstünlükdür;
  • KPI metodologiyaları (SMART, OKR, Balanced Scorecard və s.) üzrə biliklər;
  • Data analitikası və hesabat hazırlamaq bacarığı (Excel-tələb, Power BI və ya digər analitik alətlər-üstünlük verilir);
  • Güclü analitik və nəzarət bacarığı;
  • Komandada işləmə və yüksək kommunikasiya bacarığı.

 

İŞİN TƏSVİRİ:

 

  • Bankın performans qiymətləndirmə sisteminin (KPI-lar, OKR-lər və s.) hazırlanması, tətbiqi, nəzarəti və optimallaşdırılması;
  • Müxtəlif struktur bölmələrlə əməkdaşlıq edərək fərdi və təşkilati KPI-ların müəyyən edilməsi, effektivliyinin ölçülməsi və analiz edilməsi;
  • Dövri qiymətləndirmələrin (rüblük, illik) təşkili, nəticələrin analiz edilməsi və hesabatların hazırlanması;
  • Performans qiymətləndirməsi üzrə məlumatların toplanması, təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
  • Aşağı performans göstərən işçilər üçün inkişaf planlarının hazırlanması və izlənilməsi;
  • KPI-ların bonus, motivasiya və mükafatlandırma sistemləri ilə əlaqələndirilməsi;
  • Performans qiymətləndirməsi ilə bağlı əməkdaşların maarifləndirilməsi və sistemə inamın artırılması üçün təlimlərin təşkili;
  • Performans idarəetməsi üzrə ən yaxşı təcrübələri araşdırmaq və uyğun şəkildə şirkətə inteqrasiya etmək;
  • Performans qiymətləndirmə proseslərinin daha səmərəli olması üçün müvafiq HR texnologiyalarının tətbiqi və optimallaşdırılması;
  • Strateji HR qərarlarında iştirak edərək, şirkətin biznes məqsədlərinə uyğun performans idarəetmə modelinin inkişaf etdirilmək.

 

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Performansın idarəedilməsi üzrə baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Vakansiya üçün müraciət edin

İnzibati idarəetmə strukturu - İnsan Resursları – Performansın idarəedilməsi üzrə baş mütəxəssis

Tarix:

18 Apr, 2025

Şəhər:

Bakı

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:
CV forması yüklə

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.