Hüquqi şəxslər üçün Rəqəmsal İdentifikasiya Sistemi
Rəqəmsal İdentifikasiya Sistemi nədir?
Hüquqi və fiziki şəxslər üçün məsafədən maliyyə-bank xidmətləri əldə edilməsi üçün Mərkəzi Bank tərəfindən yaradılmış maliyyə xidmətləri təchizatçıları tərəfindən təqdim edilən maliyyə məhsullarını əldə edən fiziki və hüquqi şəxsləri verifikasiya etməyə imkan verən rəqəmsal identifikasiya sistemidir.
Rəqəmsal İdentifikasiya Sisteminin üstünlükləri:
Rəqəmsal İdentifikasiya Sistemi vasitəsilə hüquqi və fiziki şəxslərə banka yaxınlaşmadan məsafədən bankda hesab açılması, kart sifarişləri və s.xidmətlər icra edilir. Xidmətlərin operativ şəkildə əldə edilməsi məqsədilə icra edilən əməliyyatlar üçün tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsi zərurətinin aradan qaldırılması, o cümlədən məlumatların tamlığı, əlçatanlığı və məxfiliyi təmin edilir.
Rəqəmsal İdentifikasiya Sistemindən istifadə üçün nə tələb olunur?
AFB Bankda Rəqəmsal İdentifikasiya sistemi vasitəsilə hesab açılması üçün ASAN İMZA vasitəsilə giriş edilməsi kifayət edir. İstifadəçilər üçün keçid linki aşağıda qeyd olunub: