Please ensure Javascript is enabled for purposes of website accessibility "Əmanətinizin vergisini biz ödəyirik" Kampaniyası

"Əmanətinizin vergisini biz ödəyirik" Kampaniyası

← Bütün xəbərlər
Tarix:

02 Feb, 2023

Baxış sayı:

2410 nəfər

"Əmanətinizin vergisini biz ödəyirik" Kampaniyası

AFB Bank əmanətlərinin 10%-li gəlir vergisini özü ödəyəcək.

 

AFB Bank 01 fevral-01 avqust tarixlərini əhatə edən “Əmanət vergisini biz ödəyirik!” kampaniyası təqdim edir. Kampaniya çərçivəsində “Müddətli əmanət” məhsulu üzrə bankda depozit yerləşdirmiş fiziki şəxslərin 10%-li gəlir vergisi bank tərəfindən ödəniləcək. 

 

“Əmanət vergisini biz ödəyirik!” kampaniyasının məqsədi Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən əmanət faizləri və digər gəlirlərlə əlaqədar vergidən azadolmanın 1 fevral tarixindən etibarən qüvvədən düşməsini nəzərə alıb əmanət cəlbini stimullaşdırmaqdır.  

 

Kampaniya şərtlərinə əsasən kampaniya dövründə müştərinin əmanətini hansı müddətə yerləşdirməsindən asılı olmayaraq ilk bir il ərzində hesablanmış əmanət faizi üzrə gəlir vergisi bank tərəfindən ödəniləcək. Kampaniya AZN və USD valyutasında əmanət yerləşdirmiş müştərilərə şamil edilir.

Qeyd edək ki, kampaniyanın yaratdığı imkanlardan AFB Bankda 1 fevral tarixindən etibarən “Müddətli əmanət” üzrə depozit yerləşdirmiş şəxslər faydalana bilər.

 

 

Tarix:

02 Feb, 2023

Baxış sayı:

2410 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.